Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü polis kimi təqdim etdi, qızı çöllüyə apardı: "Arxın içində..." – Şok təfərrüat

Tarix: 16-01-2023 14:42     Baxış: 3185 A- / A+

Azərbaycanda 1999-cu il təvəllüdlü Paşa yetkinlik yaşına çatmayan Fidana (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Manevr.az-ın teleqraf.com-a istinadən məlumatına görə, Paşa 19 dekabr 2021-ci ildə, saat 19 radələrində Gəncə şəhərindəki Heydər Əliyev prospektində “Maxi market” adlanan mağazanın yaxınlığında yerləşən avtobus dayanacağında 2011-ci il təvəllüdlü Fidanın dayanacaqdan asılmış şəhid fotoşəklinə baxdığını görüb.
O, Fidana yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edib, şəhidin fotoşəklini nə üçün qopartmaq istədiyini bəhanə edib və onunla getməyəcəyi təqdirdə tutacağı hədəsi ilə aldadıb.
Paşa Fidanı həmin yerdən yaşadığı Goranboy rayonu, Azad kəndinə aparıb. Sonra həmin kəndlə qonşu kənd olan Samuxun Alıuşağı kəndi ərazisində, “Torpaq yolu” adlanan yerə gətirib. Orada Fidana qarşı zor tətbiq edib. Qızın qışqırdığını görüb, əli ilə onun ağız nahiyəsindən tutaraq “qışqırma, qışqırsan, səni burada öldürüb gedəcəm, çaqqallar yeyəcək səni” deyib.
Daha sonra Paşa həm özü soyunub, həm də Fidanı soyundurub. Fidanla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyən zaman həmin ərazidən keçən qatarın gəldiyini görüb və dayanıb.
Paşa qatar keçdikdən sonra Fidanı beli üstə torpaq yerə yıxıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Paşanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
“Adımı ona yalan dedim, məqsədim...”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 19 dekabr 2021-ci ildə saat 18-19 radələrində evdən çıxıb və Dəmiryolu vağzalının yaxınlığında yerləşən “Gürcü xəngəli” verilən kafeyə gedib:
“Həmin kafedə əvvəllər xidmətçi işləmişdim. Kafedəki tanışlarla görüşüb söhbət etdim, çay içdim, sonra yaşadığım evə qayıtmaq qərarına gəldim. Heydər Əliyev prospekti ilə üzü Xətai prospekti istiqamətində piyada gedən zaman “Maxi” marketə çatmamış dayanacaqda adını sonradan bildiyim Fidanı gördüm.
Fidan dayanacaqda şəhidlərin şəkli ilə oynayırdı. Ona yaxınlaşıb şəhid şəklini əli ilə qurdalamamasını, şəkilləri cırmamasını dedim. Fidan şəklə eləcə baxıb oynadığını dedi. Adını soruşanda Fidan olduğunu bildirdi. Yaşını da soruşdim, cavab verdi ki, 11 yaşı var. Mən də adımın Cavid olduğunu söylədim.
Adımı yalan deməyimə səbəb hədə-qorxu gəlib, onunla cinsi əlaqədə olmaq fikrinə düşməyim idi. Səbəbini bilməsəm də, beynimdə belə bir fikir yarandı. İstədim ki, bunu edim...”
“Onda gəl bizə gedək”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Fidanla cinsi əlaqədə olmaq istiqamətdə söhbət edib, aldatmaq, ya da başqa bir yolla onunla cinsi əlaqədə olmaq istəyib:
“Fidana “sən utanmırsanmı, şəhidlərin şəklini elə edirsən, sənin valideynlərin yoxdumu” dedim. Bildirdi ki, nənəsigildən gəlir, öz evlərinə gedir. Evlərinin harada olduğunu soruşdum. “ASAN” xidmət mərkəzindən bir az yuxarıda qaldığını dedi. Bu vaxt bir ağsaqqal kişi gəldi və məndən siqaret istədi. Ona siqaret verdim. Kişi yanımda dayanaraq birini də istədi. Ona yenə siqaret verdim. Kişi yanımda dayandığından məcbur olub getdim.
Yoluma davam edən zaman təxminən marketin qabağında Fidan arxamca gəldi. Dedi ki, pulun varsa, mənə pul ver, evimizə gedim. Mən də Fidana bir manatlıq və bir neçə qəpik pul verdim. Gedəndə Fidan dalımca gəlməyə başladı. Ona “gəl səni aparım evinizə” dedim.
Fidan mamasının evdə olmadığını, evdən qaçdığını dedi. Ona ya evlərinə, ya da nənəsinin evinə aparmağı təklif etdim. Heç birinə getmək istəmədiyini dedi. Bildirdim ki, gəl onda səni bizə aparım. Fidan mənimlə getməyə razılaşdı”.
“Tapanca ilə olan şəklimi göstərdim”
Paşanın ifadəsinə görə, bu söhbətləri edən zaman onlar “Maxi” marketdən üzü yuxarı, yəni Xətai prospektinə tərəf gediblər: “Prospektlə gedən zaman yolda polis əməkdaşlarını gördük. Fidana dedim ki, polislərə deyim, səni evinizə aparsın. Mən ona özümün polis olduğumu demişdim. Fidan da ağlayaraq polislərə deməməyimi xahiş etdi. Fidana dedim ki, onda ağlama, gül... Biz yola davam elədik. Fidan arxadan gəlirdi, mən də öndən gedirdim.
Bir az gedəndən sonra Fidan susuz olduğunu dedi. “Oba” marketə girib, su aldım. Fidan marketin qarşısında gözləyirdi. Xətai prospektini keçib “ASAN” xidmət tərəfə gəldik. Dayanacağı keçəndən sonra öz yaşadığım evə getmək üçün yolu digər tərəfə, yəni “Dəyirmanın dairəsi” adlanan dairəyə tərəf keçdim. Fidan da arxamca yolu keçərək gəlməyə başladı.
Biz “Dəyirmanın dairəsi”ni keçib “Pribor” adlanan yerə tərəf getməyə davam etdik.
Fidan arxamca gələn zaman məndə yenə fikir yarandı ki, onu kəndin arxa tərəfində “Torpaq yolu” adlanan yerə aparıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olum. “İmperial” şadlıq sarayını keçəndən sonra Fidanın sıxıldığını gördüm. Ac olub-olmadığını soruşdum. “Şah” dönərdən bir dönər aldım. Lakin Fidan bir dişlək alıb sonra yemədi. Sonra “Pribor” adlanan yerə getdik.
Küçəni süpürən qadına pul verəndən sonra Nizami Gəncəvi prospektinə keçib maşın gözlədim. “Pribor” adlanan yerdə telefonumda olan bacım uşağının şəkillərini Fidan göstərdim. Həmin vaxt siqaret yandırmaq üçün olan tapanca ilə olan şəklimi də Fidana göstərdim”.
“Dedi ki, mamama getmək istəyirəm”
Paşa qeyd edib ki, yolda olan zaman telefonu yalandan qulağına tutub və “ana, sənə sürprizim var, bir toppuş qız gətirirəm” deyib: “Aradan bir az sonra, güya atama zəng edirmiş kimi həmin sözləri ona da dedim.
Ağ rəngli “VAZ 2106” markalı taksiyə minib Goranboy rayonunun Azad kəndi istiqamətində getdik. Maşında mənimlə bərabər başqa şəxslər də vardı. Fidanla mən arxa tərəfdə oturmuşduq. Gəncə şəhərinin çıxışındakı Dövlət Yol Polisi postunu keçəndən sonra Nizami kəndi yazısının yanında maşından düşdük.
Nizami kəndi ilə yaşadığım Azad kəndi üzbəüz yerləşir. Magistral yolu keçib Azad kəndinə tərəf getdik. Artıq saat 21 radələri olardı. Kənd yolunda Fidana heç bir söz açmadan birbaşa ona arxadan cinsi əlaqədə olmağı təklif etdim. Əvvəlcə Fidan razılıq vermədi. Lakin bir az gedəndən sonra fikrimi dəyişdim. Fidana “bura kimi gəlibsən, gəl gedək eliyim səni” dedim. Fidan da bildirdi ki, mən mamama getmək istəyirəm. Mən də ona “yola salaram səni” dedim”.
“Su arxının içində gizləndik”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Azad kəndinə girmədən dəmir yolunu keçiblər: “Samux rayonunun Alıuşağı kəndinə tərəf gəldik, yolun kənarında dayandıq. Yolun kənarında Fidana dedim ki, gəl olaq. Fidan da əynindəki qara rəngli cins şalvarı aşağı çəkdi. Ona dedim ki, beli üstə uzan. Dediyim kimi etdi. Fidana yaxınlaşdım, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa başladım.
Cinsi əlaqədə olarkən dəmir yolu xəttindən qatar gəldi. Bu zaman dayandım. Qatarın işığı düşdüyündən qorxdum ki, kimsə görər. Buna görə də ayağa qalxaraq su arxının içində gizləndik. Qatar keçib gedəndən sonra yenə cinsi əlaqədə olmağa davam etdk. Cinsi əlaqədən sonra ayağa qalxdıq.
Fidan yenə dedi ki, evlərinə, mamasının yanına getmək istəyir. Mən də Fidanı Bakı-Gəncə magistral yoluna gətirdim, tanımadığım bir maşına əl edərək saxlamasını xahiş etdim. Hərbi formada bir nəfər maşını saxladı. Fidanı Gəncə şəhərinə düşürtməsini xahiş etdim. Azad kəndinə, yaşadığım evə qayıtdım”.
“Bildirdi ki, polis çağıracam”
Cinayət işi üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, anası Nailə ilə birlikdə yaşayır: “Dekabrın 16-da nənəm Sebilgilə getdim və bir neçə gün orada qaldım. Dekabrın 19-da saat 19 radələrində nənəmin evindən çıxdım və öz yaşadığım evə piyada gedirdim.
Heydər Əliyev prospektində dayanacaqda marşrut gözləyirdim. Dayanacaqda şəhid şəklinə baxırdım. Bir nəfər cavan oğlan mənə yaxınlaşdı və dedi ki, şəhidin şəklini qoparmaq istəyirsən. Ona “yox” deyə cavab verdim. Dedi ki,şəkli qopartsan, səni polisə verəcəm. Mən də ona “qopartmıram, eləcə baxıram” deyəndə həmin oğlan polis olduğunu dedi. Mən onun polis olduğuna inanmadım.
Məndən hara getdiyimi soruşanda cavab verdim ki, marşrut gözləyirəm, evə gedirəm. Oğlan bildirdi ki, gəl, sən mənimlə get. “Yox” deyəndə, bildirdi ki, bu dəqiqə polisləri çağıracam, sənin əlini qandallayıb aparsınlar. Sonra isə məndən harada qaldığımı soruşdu. Ona “ASAN” xidmət tərəfdə qaldığımı dedim”.
“Mənə hədə-qorxu gəldi”
Zərərçəkmiş daha sonra ifadəsində təqsirləndirilən şəxsin ona hədə-qorxu gəlməsindən danışıb: “Mənə hədə-qorxu gəldi. Dedi ki, səni öldürərəm, gəl mənimlə gedək. Bir neçə dəfə etiraz etsəm də, məni polislərlə qorxudaraq birlikdə getməyimi tələb etdi. Söhbət zamanı bizə bir kişi yaxınlaşaraq yanımda olan oğlandan siqaret istədi. Ancaq həmin oğlanın siqaret verib-vermədiyini bilmədim. Çünki həmin vaxt onlara baxmadım, avtobusu gözləyirdim.
Kişi getdikdən sonra oğlan yenə mənə yaxınlaşaraq hədələdi, onunla getməyə məcbur eləməyə başladı. Mən də qorxaraq onun yanına düşüb getdim”.
Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslə birlikdə Goranboy rayonuna gəlməsindən, orada çöllük ərazidə təcavüzə məruz qalmasından danışıb. Qeyd edib ki, evlərinə qayıtdıqdan sonra xalasına başına gələnləri danışıb. Bundan sonra polisə müraciət olunub.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Paşa 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar