Xəbər lenti
Sumqayıtda hicablı qadınla söhbət edən oğlana hücum oldu: "Əlində pul..." - Şok təfərrüat
Məmməd ötən il iyunun 6-da saat 18 radələrində əlində 20 manat pul Sumqayıt şəhərindəki 21 saylı tam orta məktəbin qarşısında təzə tanış olduğu Lətifə adlı qızla söhbət edərkən əvvəllər tanımadığı Qasım iki nəfərlə ona yaxınlaşıb.
Qasım və onunla birlikdə olan şəxslər Məmmədə qızla yaşadıqları məhəllə ətrafında söhbət etməsinə rişxəndlə iradı bildiriblər. Söhbəti mübahisəyə çevrilib.
Qasımın yanında olan şəxslərdən biri Məmmədin əlində olan 20 manatı, gözündəki eynəyi yenicə tanış olduğu qızın gözü qarşısında götürüb. Məmməd bunu özü üçün təhqir hesab edib.
Daha sonra pulunu və eynəyini geri qaytarmaq məqsədilə onların arxasınca gedib. Qasımın 12-ci mikrorayonunda keçidə doğru getdiyini görüb. Onun ünvanına nalayiq söyüşlər işlədib, yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Qasım aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məmmədin barəsində olan cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.
"Orada tapa bilmədim" Məhkəmədə ifadə verən Məmməd ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 28 may 2021-ci ildə Sumqayıt şəhərində "Al" marketin qarşısında olarkən sonradan adın bildiyi Lətifə adlı qızın ona baxıb güldüyünü görüb: "Ona yaxınlaşdım, söhət etdikdə məlum olduki, Lətifə ailəlidir, üç övladı var.
Söhbət zamanı mənə nə əlaqə nömrəsini, nə də digər koordinatların verdi. Razılığa əsasən mayın 29-da saat 15 radələrində "Al" marketin qarşısında görüşməli idik, danışdığımız vaxtda və saatda həmin ünvana getdim. Lakin Lətifəni tapa bilmədim".
"Məni təhqir etdi" Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 1-də "Al" marketin qarşısında gəzərkən Lətifəni görüb: "Təxminən 20-25 dəqiqə söhbətdən sonra iyunun 6-da yenə də həmin yerdə görüşmək barədə razılığa gəldik. İyunun 6-da saat 17 radələrində Lətifə ilə razılaşdığımız yerdə görüşdük. Təxminən 5-10 dəqiqə söhbətdən sonra adlarını sonradan bildiyim Əli və Qasım bizim qarşımızdan keçdilər.
Mən Lətifə ilə başqa istiqamətə irəliləməyə başladıq. Qasımla Əlinin arxamızca gəldiyini gördüm. Qasım ilə Əli bağça ilə məktəbin qarşısında dayananda sonradan adını bildiyim Pərvin adlı şəxsə yaxınlaşdım. Onun yanında isə əvvəllər tanımadığım bir nəfər orta boylu oğlan da vardı.
Lətifə ilə gedərkən Pərvin "bir dəqiqə olar səni" deyərək məni yolumdan saxladı, "sən burda nə gəzirsən, harda yaşıyırsan" kimi suallar verdi. Həmin vaxt əlimdə olan 20 manatı aldıqda ona iradımı bildirdim. Qasım arxadan belimdən tutaraq məni kənara çəkdi və nalayiq söyüşlərlə təhqir etdi. Əli isə eynəyimi başımdan götürərək Pərvinə verdi".
"Pulumun və eynəyimin götürüldüyünü dedim"
Məmməd qeyd edib ki, Əli onun telefonunu əlindən almaq istəyəndə, telefon yerə düşüb: "Mən telefonu yerdən götürdüm. Qasım, Pərvin və Əli məni təpik və yumruqla vurdular, var-yox söyüşü söydülər. Pərvinin yanında olan tanımadığım bir nəfər isə bizi ayırdı və məni hadisə yerindən uzaqlaşdırdı. Mübahisə vaxtı Lətifə artıq oranı tərk etmişdi.
Ətraflı Qasım, Əli və Pərvinin qaçdığını görəndə isifadəmdə olan mobil nömrədən uşaqlıq dostum Vüqara zəng etdim, tanımadığım şəxslər tərəfindən təkləndiyimi, 20 manat pulumun və eynəyimin götürüldüyünü dedim".
"Sinəsinə təpiklə vurdum"
Təqsirləndirilən şəxs deyib ki, təxminən 20-25 dəqiqə sonra Vüqar digər tanışları - Vüsal, Fərid və Nurlanla birıikdə 21 saylı orta məktəbin qarşısına gəliblər:
"Başıma gələn hadisə barədə onlara məlumat verdim. Birlikdə "Al" market istiqamətinə getdik. Qasım və Əlini "Oba" marketin qarşısında gördüm və onlara tərəfə qaçdım. Əli yenə də mənə var-yox söyüşü söyərək təhqir etdi. Mən də sol əlimlə Əlinin sol almacıq nahiyəsinə vurdum. O, zərbənin təsirindən yerə yıxıldı. Əli yenidən ayağa qalxaraq məni təhqir etdi. Bu zaman onun sinəsinə təpiklə vurdum, o, yerə yıxıldı".
"Hadisə yerindən uzaqlaşdım"
Məmməd bildirib ki, binanların keçid hissəsində var-yox söyüşü söyüb və onun üzərinə gəlib: "Sol əlimlə Qasımın alt çənəsinə yumruqla zərbə vurdum. Zərbənin təsirindən Qasım sağ yanı üstə yerə yıxıldı. Yıxılanda başı asfalt örtüyə dəydi. Çənəsindən qan gəldi. Ona yaxınlaşarkən gözünü yumdu, daha sonra ağzını açaraq dilini çölə çıxartdı. Qasımın nəfəs aldığını gördüm və hadisə yerindən uzaqlaşdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, Qasımı öldürmək niyyəti olmayıb.
"Narkotik, spirtli içki qəbul etməyib"
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, Qasım 1998-2009-cu illərdə Sumqayıt şəhəri, 21 saylı orta məktəbdə təhsil alıb və 3-cü qrup gözdən əlil olduğu üçün həqiqi hərbi xidmətdə olmayıb:
"Qasım orta məktəbi bitirdikdən sonra iki il ali məktəbə daxil olmaq üçün imtahanlarda iştirak etsə də, uğur qazana bilmədi. 2012-ci ildə Quba Dövlət Sosial-İqtisad Kollecinə daxil oldu və 2015-ci ildə həmin kolleci bitirdi. Müxtəlif yerlərdə işləyib, təxminən 1 ilə yaxın müddətdə işsiz idi. Siqaret çəkirdi, amma narkotik vasitələrdən heç vaxt istifadə etməyib, spirtli içki qəbul etməyib. Kiminləsə ədavəti, düşmənçiliyi olmayıb".
"Amansızcasına öldürülüb"
Hüquqi varis qeyd edib ki, iyunun 6-da axşam radələrində bacısı ona zəng edib: "Bacım Qasımın öldüyünü və meyitinin Sumqayıt şəhər meyitxanasına aparıldığını dedi. Sumqayıt şəhər meyitxanasına getdim. Qasımın tanımadığım şəxslə mühahisə zamanı öldürülüdüyünü bildim.
Sonradan bildim ki, qardaşımı Məmməd döyərək öldürüb. Amma onu Məmməd tək öldürməyib. Qardaşım Məmməd və adlarını bilmədiyim təxminən 4-5 nəfər tərəfindən amansızcasına döyülərək öldürülüb".
Hadisədən əvvəl Qasımla birlikdə olan şəxslər isə şahid qismində ifadə veriblər. Onlar ifadələrində deyiblər ki, həmin ərazidə Məmmədin hicablı qadınla danışdığını, onunla mübahisə etdiyini görüblər. Bu səbəbdən onların söhbətinə müdaxilə etdiklərini söyləyən şahidlər ifadələrində Məmmədlə aralarında olan mübahisədən, sonda Qasımın qətlə yetirilməsindən danışıblar.
Məhkəmənin hökmü ilə Məmmədin əməli Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyarsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilib. O, həmin maddə ilə təqsirli bilinib və 11 il müddətinə azadlıqdan məhrum edilib. big.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar