Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Prokuror onu şantaj edən gəncləri bağışladı

Tarix: 14-01-2023 13:16     Baxış: 3248 A- / A+




Prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Coşqun Heybətov ifadə verib. O bildirib ki, təqsirləndirilən İlqar Əliyevi tanıyıb.
Taksi fəaliyyəti ilə məşğul olduğunu deyən şahidin sözlərinə görə, Quba rayonunda kəndlərarası sərnişin daşınmasıyla məşğul olur: “İlqar Əliyevi də həmin zaman tanımışam. Onu bir neçə dəfə kəndlərinə aparıb-gətirmişəm. Başqa heç nədən xəbərim olmayıb”.
Coşqun Heybətov deyib ki, onların kimdən pul almaları, kimə hədə-qorxu gəlmələri barədə heç bir məlumatı olmayıb, Tariyel Qurbanovu da tanımayıb.
Daha sonra ifadə verən Elşad Dostuyev deyib ki, Bakı şəhərində avtomobillərin alqı-satqısı ilə məşğul olub: “2022-ci ilin yanvarın sonlarında “lalafo” saytında 2004-cü il buraxılışlı “Opel Astra” markalı avtomobilin satılmasına dair elana rast gəldim. Avtomobilə 9200 manat qiymət qoyulmuşdu. Onun sahibi ilə əlaqə saxladım. Cavab verən şəxs özünü Ümman kimi təqdim etdi, avtomobilin cərimə meydançasında olduğunu, özünün də Masazır qəsəbəsində yaşadığını bildirdi.
Ümman mənə restoranda ofisiant işlədiyini dedi. Onunla görüşdüm. Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən cərimə meydançasına getdik. Orada avtomobilə baxdıq, avtomobilin 7800 manata alınacağına dair razılığa gəldik. Sonradan avtomobilin xərcləri çıxdı. Məhkəmə qaydasında olan cəriməsini ödədim. Bu səbəbdən Ümmana 6300 manat verdim. Avtomobili dostum Anar Ömərovun adına rəsmiləşdirdim”.
Bundan sonra Tariyel Qurbanovun nümayəndəsi, vəkil Adəm Məmmədov çıxış edib. O bildirib ki, nümayəndəsi olduğu Tariyel Qurbanovun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Tariyel Qurbanovun səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini deyən vəkil onun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib.
Hakimlər Tariyel Qurbanovun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. O, ifadəsində göstərib ki, dostları ilə birlikdə 7-8 il əvvəl mütamadi olaraq istirahət üçün Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Hamam Palace”a gedib.
Onun sözlərinə görə, orada xidmət edən şəxslərdən biri də hamamın işçisi Ümman Əliyev olub. Hər dəfə hamama gedəndə Ümman Əliyev və xidmət göstərən digər şəxslərə təxminən 10-20 manat məbləğində bəxşiş verib.
Zərərçəkmiş daha sonra ifadəsində Ümman Əliyev və digər təqsirləndirilən şəxslərin dələduzluq və hədə-qorxusu ilə üzləşdiyini qeyd edib. Bildirib ki, təqsirləndirilən şəxslər ona SMS yazaraq hamam paltarında olan fotolarını yaymaqla hədələyiblər, ondan pul tələb ediblər.
Tariyel Qurbanov həmçinin ifadəsində qeyd edib ki, Ümman Əliyev ona xəstə olduğunu, müalicəyə ehtiyacı yarandığını bildirib, bu yolla ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 9950 manat alıb.
Tariyel Qurbanov ifadəsində Ümman Əliyev və digərlərinin hədə-qorxu yolu ilə ondan pul almaları barədə geniş danışıb. O, hamam fotolarının yayılmaması üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 31 min manat verib.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin fevralın 10-da Ümman onunla əlaqə saxlayıb, Bakı şəhərində olduğunu, qrupun bütün üzvləri barəsində bildirməklə 20 000 manat tələb edib: “Ümman həmçinin bildirdi ki, razılaşmadğım təqdirdə şəkillərimi yayacaq, bu günədək pul almasına dair məlumatları müxtəlif instansiyalara göndərib, məni həm qohumlarım, həm də ailə üzvlərim arasında rüsvay edəcək. Artıq Ümman Əliyevin törətdiyi cinayətlərdən bezdim, şikayət etmək qərarına gəldim. Ərizə ilə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Məni aldatmış, hədə-qorxu gəlmiş şəxslər barəsində qanuni tədbir görülməsini, onların cinayət məsuliyyətinə cəlb olunmasına köməklik göstərilməsini xahiş etdim”.
Tariyel Qurbanovun ifadəsinə görə, fevralın 25-də evdə olduğu zaman tanımadğı bir qadın onun vatsapına mesaj göndərib: “Həmin qadın özünü Ümman Əliyevin tanışı kimi təqdim etdi. Ümman Əliyevin mobil telefon aparatının və həmin telefonun yaddaşında məni rüsvay edəcək məlumatların, hamamda çəkilmiş çılpaq çəkillərin onda olduğunu bildirdi. Qadın məndən 4000 manat tələb etdi. Bildirdi ki, 4000 manatı verməkdən imtina etdiyim təqdirdə, içərisində şəkillər olan həmin mobil telefonu kənar şəxslərə verəcək, bununla yanaşı, həmin şəkilləri müxtəlif sosial şəbəkələr vasitəsi ilə yayıb, həm məni, həm də ailə üzvlərimi dost-tanışlarım arasında rüsvay edəcək.
Onun yazdığı səsli mesajların ancaq bir hissəsini yadaşda saxlaya bilmişəm. Həmin səsli mesajları oxuduqdan sonra silirdim. Mesajları sildiyimi gördükdə, həmin qadın bunun səbəbini soruşdu. Mesajların mobil tətbiqin əyarları ilə bağlı silindiyini bildirdim”.
İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Ötən ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar