Xəbər lenti
Gecə qadını qamışlığa apardı: "Yalvardım, məhəl qoymadı..." – Şok təfərrüat
Manevr.az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Sərxan “Nizami” metrostansiyasının yaxınlığında yerləşən avtobus dayanacaqlarının birində əvvəllər tanımadığı yüngül həyat tərzi keçirən Naziləyə yaxınlaşıb. 30 manat müqabilində cinsi əlaqədə olmaqla bağlı ona yalan vəd verib və onu öz yaşadığı evə dəvət edib.
Razılıq əldə etdikdən sonra Naziləni özünə məxsus “Opel Astra” markalı avtomobillə Ramana qəsəbəsinə gətirib. Dalanların birindəki kimsəsiz yerdə Nazilənin üzərinə hücum edib. Onun sifət nahiyəsinə yumruq və təpik zərbələri vurub.
Daha sonra Sərxan Naziləni yerə yıxaraq onu soyundurub. Zorla onunla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.
“Məqsədim ziyarət etmək idi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, evlidir, üç övladı var: “Əvvəllər müxtəlif restoranlarda günəmuzd olaraq “fırınçı” (aşpaz) kimi fəaliyyət göstərmişəm. Daha sonra Nizami küçəsindəki “1 Dönər” kafesində Roman adlı tanışımı əvəz etmək üçün işlədim.
Həmin gün təxminən saat 21 radələrində işdən çıxdım. Əvvəllər kirayədə qaldığım “Sovetski” adlanan əraziyə getdim. Məqsədim kirayədə qaldığım ev sahibini ziyarət etmək idi. Ev sahibiylə bir müddət söhbət etdikdən sonra təxminən saat 23 radələrində oaradan çıxdım”.
“Görüşə biləcəyini dedi”
Sərxanın sözlərinə görə, "Nizami" metrosundan "20 Yanvar" metrosuna gedən istiqamətdə dayanacaqların birində avtomobili saxlayıb: “Yaxınlıqda dükanların birindən “Bizon” enerji içkisi alıb içməyə başladım. Saat təxminən gecə 2 olardı.
Həmin yerdə dayanacaqların birində əvvəllər tanımadığım bir xanımın əyləşdiyini gördüm. Avtomobildən enib dayanacağa yaxınlaşdım, qadınla söhbət etməyə başladım. Bir qədər danışdıqdan sonra pul qarşılığında görüşüb-görüşmədiyini soruşdum. Qadın da görüşə biləcəyini dedi”.
Sərxan qeyd edib ki, ondan hansı məbləğdə pul verməli olduğunu soruşub: “Qadın 40 manata cinsi əlaqədə ola biləcəyini dedi. Mən isə 30 manat pul verə biləcəyimi dedim. Sonra razılaşdıq.
İlkin razılaşmaya əsasən qadın mənimlə Ramana qəsəbəsi, Gülçülük massivində əvvəllər tikdirdiyim, lakin ünvanı və yaşayışı olmayan fərdi yaşayış evinə gedəcəyini bildirdi. Cinsi əlaqədə olduqdan sonra gecə orada qalacağını, növbəti gün isə onu götürdüyüm dayanacağa yola salacağımı dedim”.
“5 manat verdim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, avtomobillə birgə yola düşüblər: “Ramana qəsəbəsi istiqamətində hərəkətə başladıq. Zabrat qəsəbəsində “Rahat” marketin qarşısına çatanda adının Nazilə olduğunu bildiyim qadın məndən 5 manat istədi. Dükandan bir-iki şey alacağını, həmin 5 manatı 30 manatdan çıxa biləcəyimi dedi. Mən də ona 5 manat pul verdim”.
Sərxan deyib ki, bundan sonra qadın avtomobildən düşüb və marketə daxil olub: “Əlində çipsi, çörək və başqa qida məhsullarıyla geri qayıtdı. Biz yenidən Ramana qəsəbəsi istiqamətində hərəkətə davam etdik.
Yolda Nazilə gecəni qala bilməyəcəyini, 1 dəfə cinsi əlaqədə olduqdan sonra evə gedəcəyini bildirdi. Mən də onunla razılaşdım. Ramana qəsəbəsində Gülçülük massivinə bir neçə məhəllə qalmış avtomobil saxladım və yolların pis olduğu üçün piyada getməyi təklif etdim.
Evlə avtomobil arasında məsafə təxmini 500 metr olardı. Piyada gedərkən Nazilə məndən verəcəyim pulu istədi. Mən də üzərimdəki 50 manata xırda olmadığını bildirdim. Nazilə pulu özü xırdalayıb qalığını qaytaracağını söylədi”.
“Məni söyməyə başladı”
Sərxan bildirib ki, 50 manatı Naziləyə verib: “Bir müddət piyada getdikdən sonra Nazilədən 25 manatı geri istədim. O da pulu cinsi əlaqədən sonra verəcəyini söylədi. Bir az piyada getdikdən sonra o, çox uzun məsafə getməyimizdən şikayətləndi. Məni söyməyə, nalayiq ifadələr işlətməyə başladı.
Nazilə geri qayıtmaq istədi, mənimlə getmək istəmədiyini dedi. Mən də pulumu geri qaytarmasını, sonra hara istəyirsə gedə biləcəyini söylədim. Nazilə mənə avtomobilə əyləşdiyi dayanacağa aparmağımı, pulu orada qaytaracağını dedi”.
“Qamışlığa apardım”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra əsəbləşib və qamışlıq olan ərazidə onun üz, baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə vurub: “Naizlə zərbənin təsirindən yerə yıxıldı. Onun yerə yıxılmasından istifadə edib üstünə uzandım. Təbii yolla təxminən 10-15 dəqiqə cinsi əlaqədə olduq.
Bundan sonra yerdən qalxdıq. Naziləni həmin ərazidən aparaq məhəllələrin birinə ötürdüm. Naziləni vurduqda əli-ayağı əsdi. Mən də özümü itirdim.
Avtomobilimi saxladığım yerə gəldim. Maşınla evimə getdim”.
“Müalicə almışam”
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Nazilənin sözlərinə görə, Xəzər rayonununda nömrəsiz evdə valideynləri ilə birlikdə yaşayır: “Müxtəlif vaxtlarda və yerlərdə ofisiant kimi, marketlərdə satıcı kimi işləmişəm. Lakin hazırda işsizəm”.
Zərərçəkmiş qeyd edib ki, 2018-ci ildə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, istintaq zamanı bəraət alaraq cinayət məsuliyyətindən azad olub: “Məndə narkoloji asılılıq olub. Əvvəllər narkotik qəbul etsəm də, hazırda qəbul etmirəm. Vərəm və psixoloji xəstəliklərdən əziyyət çəkdiyim üçün 2021-ci ilin oktyabr-noyabr aylarında, 2022-ci ilin mart-aprel aylarında Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almışam”.
Zərərçəkmiş qeyd edib ki, evə buraxıldıqdan təxminən bir həftə sonra söz-söhbətlər olduğu üçün evdə yaşamaq istəməyib və evdən qaçıb: “Nəsimi rayon ərazisində Kubinka adlanan yerdə gündəlik kirayə otaq tutaraq orada yaşamağa başladım. Maddi çətinliklərim olduğu üçün öz istəyimlə pul müqabilində cinsi əlaqəyə girmişəm”.
“Gecəni 40 manata keçirəcəyimə razılıq verdim”
Nazilə deyib ki, gecə saat 00.00-da Nizami metrostansiyasının yaxınlığında Qubanov küçəsində avtobus dayanacaqların birində əyləşib: "Təxminən saat 1 radələrində Sərxan adında şəxs mənə yaxınlaşaraq söhbət etməyə başladı. Məndən pul müqabilində görüşüb-görüşmədiyimi soruşdu. Həmin gecəni 40 manat müqabilində keçirəcəyimə razılıq verdim. Amma o, üzərində 30 manat olduğunu bildirdi, məni 30 manata razı saldı.
Sərxandan harada qalacağımızı soruşdum. Ramana qəsəbəsində evi olduğunu bildirdi, oraya gedəcəyimizi söylədi. Razılığlmıza əsasən səhər saat 7 radələrində məni kirayə yaşadığım ünvana geri gaytaracağına vəd verdi”.
“Dedi ki, qonşular görməsin”
Nazilə deyib ki, Sərxandan nə ilə gedəcəklərini soruşub: “Dayanacağın yaxınlığında saxladığı və idarə etdiyi avtomobili göstərdi. Avtomobilin ön sərnişin oturacağına əyləşdim və yola düşdük. Yolda gedəndə heç nə danışmadı. Mən də həmin zamandan ondan şübhələnməyə başladım.
Sabunçu-Zabrat yolunda olarkən Sərxandan marketdə saxlamağını və ac olduğumdan atışdırmağa bir şeylər almaq istəyimi bildirdim. Üzərimdə pul olmadığı üçün Sərxandan mənə çatası 30 manatdan 5 manat verməsini istədim. Ondan 5 manat alıb marketə girdim. Şirniyyat alaraq geri döndüm. Yolda hər hansı bir mübahisəmiz olmadı.
Ramana qəsəbəsində sonuncu dayanacağı keçdikdən sonra həmin ərazini tanımadığım üçün dəqiq istiqaməti itirdim. Sərxan ara məhəllələrin birində maşını saxladı, bir az piyada getməli olduğumuzu söylədi. Dedi ki, ollar avtomobil üçün əlverişli deyil, həm də qonşular görməsin”.
“Yarımtikiliyə baxmağa başladı”
Nazilənin sözlərinə görə, təxminən 10-15 dəqiqə piyada getdikdən sonra yorulub, təngənəfəs olub: “Sərxana bildirdim ki, uşaqlıq illərindən asma xəstəliyindən əziyyət çəkirəm. Sərxan isə məsafənin az qaldığını və qısa müddətə çatacağımızı dedi.
Təxminən 600-700 metr piyada getdikdən sonra Sərxan yarımtikili evlərin birinin yanında dayanaraq evə baxmağa başladı. Ondan niyə baxdığını soruşdum. Evin adını bildirmədiyi əmisi oğluna məxsus olduğunu, orada yaşayış olmasaydı, mənimlə birlikdə qalacağını, lakin qohumlarının evdə olduğunu söylədi, sonra yola davam etdi.
Sərxan getdiyimiz yerləri tanıtdı, dedi ki, burda əvvəl onun evi olub, sonra bələdiyyə əlindən alıb”.
“Bildirdim ki, burada adam öldürsən, heç kəs xəbər tutmaz”
Zərərçəkmiş qeyd edib ki, Sərxanın hərəkətlərindən şübhələnməyə başlayıb: “Təxminən 20 dəqiqə piyada getdik. Amma evə çatmadıq. Sərxan uzaqlıqda bir ev göstərək 200-300 metr məsafə qaldığını söylədi. Bu zaman əsəbləşərək siqaret yandırdım. Sərxandan həmin yerdən kirayə yaşadığım evə taksinin neçəyə aparacağını soruşdum. Sərxan isə təxminən 15 manat pul tutacağını söylədi.
Artıq yorulduğumu gördüm və Sərxana gecəni onunla qala bilməyəcəyimi söylədim. Ona mənə verəcəyi pulla geri qayıdacağımı bildirdim.
Sərxan məni qabağa ötürərək arxamca gəldi. Hərəkətlərindən şübhələnməyə başladığımdan mən onun arxasına düşdüm. Bu zaman o, ətrafa boylanaraq kənar şəxslərin olub-olmadığına nəzər saldı. Bildirdim ki, burada adam öldürsən, heç kəs xəbər tutmaz.
Bu sözümdən sonra təxminən bir neçə metr addımladıq. Sərxan qəflətən arxaya tərəf dönərək sağ əli ilə sifətimin sol nahiyəsinə birinci, ardınca sol ayağı ilə sifətimin sağ nahiyəsinə ikinci zərbəni vurdu”.
“Yalvarmağa başladım ki...”
Nazilənin ifadəsinə görə, bundan sonra müvazinətini itirərək yerə yıxılıb: “Qalxmağa cəhd etsəm də, Sərxan sağ ayağı ilə sinə nahiyəmə zərbə endirdi, məni söyməyə başladı. Ona niyə məni vurduğunu, pula görə belə bir hərəkət etməməyi, ciyərlərimi zədələdiyini söylədim. Yalvararaq əl saxlamağı xahiş etdim. Lakin Sərxan sözlərimə əhəmiyyət vermədi. Arxa-arxaya sürünərək uzaqlaşmaq istədim. Amma qabırğalarımda ağrılar olduğu üçün gedə bilmədim.
Sərxana yenidən yalvarmağa başladım ki, məni vurmasın. Yerdə olan zaman məni döndərdi və əynimdəki şalvarı dartaraq çıxartmağa cəhd etdi. Lakin əynimdəki şalvarın ipi bağlı olduğu üçün çıxarda bilmədi. Məni yenidən öz tərəfinə fırlatdı ki, şalvarımı aça bilsin. Bu zaman Sərxanın boynundan yapışaraq sarıldım və yalvarmağa başladım ki, məni vurmasın.
Sərxan məni özündən itələyərək yerə uzatdı. Sağ əli ilə isə şalvarımın ipini açmağa çalışdı. Cəhdləri uğursuz alındığı üçün hirslənməyə başladı. Sağ əli ilə saçlarımdan tutaraq sol əli ilə baş nahiyəmə zərbələr endirməyə başladı. Şalvarımı çıxartmağımı əmr etdi”.
Nazilə qeyd edib ki, Sərxanın əl çəkməyəcəyini görüb: “Yenidən qalxmağa cəhd etsəm də, məni itələdi. Minet etməyimi söylədi. Buna etiraz etdim, məni öldürsə də, minet etməyəcəyimi söylədim. Bu sözlərimdən sonra sakitləşdi. Mənə qeyri-təbii yolla cinsi əlaqəyə girmək istədiyini bildirsə də, etiraz etdim. Ona “Hepatit” və digər xəstəliklərdən əziyyət çəkdiyimi bildirdim, qoruyucu ilə olmasını istdim. Lakin sözlərimə heç bir əhəmiyyət vermədi”.
“Məni görmədiyini, tanımadığını söylədi”
Zərərçəkmiş qeyd edib ki, cinsi akt bitdikdən sonra qalxaraq geyinib: "Sərxana həmin yerdən məni aparmağını xahiş etdim. O, yenidən üzərimə gələrək məni itələdi, şillə ilə üz nahiyəmə vurdu. Taqətim kəsildi, yerə yıxıldım. Sərxan məni görmədiyini, tanımadığını söyləyərək hadisə yerindən qaçdı.
Bir təhər özündə güc topladım, ayağa qalxaraq əsas yola çıxmaq üçün yol axtarmağa başladım. Təxminən 200-300 metr getdikdən sonra tanımadığım evlərin birinin qarşısında dayandım, kömək üçün qışqırmağa başladım. Evlərdən birindən adını bilmədiyim və hazırda xatırlamadığım 30-35 yaşlarında özünü Xəyalə kimi təqdim edən qadın çıxaraq məni səslədi.
Halımı gördü, məni evə dəvət etdi. Mənə ilkin tibbi yardım göstərdi. Həmin qadına hadisəni qısaca danışdıqdan sonra mənim üçün taksi çağırdı. Xəyalə vəziyyətimin ağır olduğunu gördü, taksidə mənimlə birlikdə kirayə qaldığım evə gəldi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sərxan 7 il müddətinə azadlıqdan məhrum edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar