Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əvəz Zeynallının həbs müddəti uzadıldı

Tarix: 29-12-2022 14:13     Baxış: 3197 A- / A+

Jurnalist Əvəz Zeynallının həbs müddəti daha 3 ay uzadılıb.

Manevr.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Bu gün Binəqədi Rayon Məhkəməsində istintaq orqanı tərəfindən Əvəz Zeynallının həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı vəsatətə baxılıb. Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunub.
Qeyd edək ki, Ə.Zeynallı həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham edilir. İttihama görə, o, R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.
Əvəz Zeynalov barəsində cinayət işi başlanıb, bu ilin avqustunda barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar