Xəbər lenti
Bakıda anası ilə bacısını öldürənə 20 il cəza verildi
Bakıda anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Fatma Həmzəyeva uşaqları kiçik olarkən onları yaşadıqları kənddə atıb və paytaxta qaçıb.
Paytaxtda bir müddət başqa bir kişi ilə yaşayan Fatma qızı Elgün yetkinlik yaşına çatandan sonra onu oğurlayıb və yanına gətirib.
Murad Elgünü bir neçə dəfə geri aparmaq istəsə də, bu istəyinə nail olmayıb. Qətl hadisəsi də bu mübahisə üstündə yaranıb. teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar