Sumqayıtda kişini qətlə yetirən qadın tutulub.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, noyabrın 30-u saat 10 radələrində 1976-cı il təvəllüdlü Aydın Həsənovun yaşadığı evdə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla Aydın Həsənovun boyun nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anastasiya Həmzəyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Xəbər lenti
Sumqayıtda kişini qətlə yetirən qadın tutuldu

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar