Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Qızı ilə evlənmək istəyirdim, özünü sevdim...” – Məktəbdəki qətlin dəhşətli TƏFƏRRÜATLARI

Tarix: 18-10-2022 20:35     Baxış: 4247 A- / A+


“Qızı ilə evlənmək istəyirdim, özünü sevdim...” – Məktəbdəki qətlin dəhşətli TƏFƏRRÜATLARI
İsmayıllıda çalışdığı məktəbin xadiməsini qətlə yetirməkdə təqsirləndirilən  25 yaşlı Bəxtiyar Əhmədlinin cinayət işi məhkəmə prosesi başa çatıb. Vətən Müharibəsinin qazisi olan Bəxtiyar Əhmədlinin hansı səbəbdən qadını öldürməsi ictimaiyyətə qaranlıq qalıb.
Manevr.az sözügedən cinayət işi üzrə materialları təqdim edir.
İttihama görə, hadisə bu il fevralın 11-də İsmayıllı rayon Basqal qəsəbə tam orta məktəbdə qeydə alınıb. Orada gözətçi işləyən 25 yaşlı Bəxtiyar Əhmədli iş yoldaşı olan xadimə 40 yaşlı Gülarə Qəhrəmanovanı qətlə yetirib. Ona Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə ittiham élan olunub.

Bəxtiyar Əhmədli ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, Vətən Müharibəsindən sonra Basqal qəsəbəsində orta məktəbdə gözətçi kimi işləməyə başlayıb:
“Orada işə başladıqdan sonra həmin məktəbdə xadimə işləyən Gülarə Qəhrəmanova ilə tanış oldum. Gülarənin mənim təxminən 2020-ci ilin ortalarından Basqalda evlənmək istədiyim, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqda çəkindiyim Əfsanənin anası olmasını bildim. Təxminən 2021-ci ilin iyun ayının sonlarından etibarən Gülarə ilə aramızda sevgi münasibəti yarandı və bundan sonra Əfsanə ilə daha maraqlanmadım.
Eyni zamanda Gülarəyə də qızı Əfsanədən əvvəllər xoşum gəlməsini, lakin onun özünü tanıdıqdan sonra Əfsanə ilə ailə qurmaq fikrindən daşındığımı bildirdim. Gülarə ilə münasibətim başladı. Onun evli və 4 uşaq anası olması ilə bağlı münasibətimizi hamıdan gizlətdik. Mən, Gülarəni çox sevirdim və hətta bir dəfə ona əri Ruhiddən ayrılaraq mənimlə başqa yerə gedib yaşaya biləcəyini dedim. Gülarə ilə İsmayıllı şəhərində xatırlamadığım ünvanlarda kirayəyə götürdüyümüz evlərdə bir neçə dəfə cinsi münasibətdə olduq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Gülarənin oğlu Biruni xatırlamadığı telefon nömrəsindən ona zəng edib:
“O, Basqal qəsəbəsinə gəldiyini və mənimlə görüşmək istədiyini bildirdi. Mən isə Basqal tam orta məktəbdə olduğumu və orada onu gözləyəcəyimi dedim. Lakin Biruni gəlmədi. Üstündən bir neçə gün sonra mənə yenidən zəng elədi. Tanışım Zülfüqarla məktəbin yaxınlığında olduğunu bildirdi. Mən isə məktəbdə olduğumu dedim, arxa qapıdan içəri daxil olmalarını istədim. Biruni ilə Zülfüqar məktəb binasının arxa qapısından içəri girdilər və orada onlarla söhbət etməyə başladım. Orada Biruni Basqal qəsəbəsində anası Gülarə ilə mənim aramda sevgi münasibətinin olması barədə şayələrin olduğunu deyərək buna aydınlıq gətirməyimi istədi. Mən isə ona belə bir halın olmadığını, Gülarə ilə sadəcə olaraq iş yoldaşı olduğumuzu, ona bacı gözü ilə baxdığımı dedim. Bundan sonra Biruni ilə Zülfüqar mənə inandıqlarını deyərək çıxıb getdilər”.
Bəxtiyar Əhmədli deyib ki, Biruni ilə söhbətindən bir neçə ay keçəndən sonra Qəbələyə gedib:
“Əmim oğlu Elşad Əhmədov, Elşadın dostları Emin və Ağaxanla Qəbələ rayonuna çay içməyə getdik. Oradan Basqala qayıdanda iki ədəd çaxır aldım. Əmimoğlunun işi çıxdığı üçün gəlmədi. Mən də telefonla Zülfüqara yığdım. Dedim içmək istəyirəm. O da razılaşdı. Axşam mənə zəng edərək Biruni ilə məktəbə gələcəyini dedi. Təxminən 5 dəqiqə sonra Biruni ilə Zülfüqar Basqal qəsəbə tam orta məktəbə gəldi və onlarla birlikdə əvvəl birinci mərtəbədə gözətçi üçün ayrılmış otağa getdik. Orada Zülfüqarla çaxır içməyə başladıq, Biruni isə spirtli içki qəbul etmədiyindən şirə içdi. Təxminən 2 saata aldığım 700 qramlıq, ya da litrlik olan iki ədəd çaxırdan birini tam, ikinci şüşədən isə yarısını içdik. Mən alkoqollu içkinin təsirindən telefonumun “Whastapp” tətbiqi üzərindən Gülarə ilə xatırlamadığım mövzuda yazışmağa və içkinin təsirindən kövrələrək gözümdən yaş gəlməyə başladı. Elə bu zaman Biruni yerindən duraraq tualetə gedərkən arxamdan keçdikdə əlimdəki telefonla Gülarə ilə yazışdığımı görüb əlimdən telefonu aldı və telefonda anası ilə danışdığımı görərək “kiminlə yazışırsan?” deyə soruşdu, mən isə artıq çarəsiz qalıb Biruniyə anası ilə danışdığımı dedim. Artıq utandığım üçün telefonumu ondan istəmədim, baxmasına razılıq verdim. Bu zaman Biruni üzümə 1-2 dəfə yumruq vurdu. Zülfüqar isə yerindən duraraq Birunini tutmaq istədikdə o, sinif stolunun üzərindəki boş çaxır şüşəsini əlinə götürüb mənim başıma bir dəfə zərbə vurmağa çalışdı. Lakin mən əlimlə başımı tutduğumdan şüşə əlimə dəydi. Biruninin hər iki əli sarğıda idi. Buna görə də, mənə vurduğu yumruq zərbəsi və şüşə ilə əlimə dəyən zərbəsi elədə güclü deyildi. Mən isə günahkar olduğum üçün orada ümumiyyətlə Biruniyə əl qaldırmadım. Bundan sonra Zülfüqar Birunini tutaraq sakitləşdirdi və onlara gedərək məsələyə aydınlıq gətirməyi təklif etdim. Üçümüz oradan çıxıb təxminən saat 23 radələrində piyada Birunigilə getdik. Biruni evlərinin həyətinə girən kimi yüksək səslə anası Gülarəni çağırmağa başladı. Biz evin qapısına çatdıqda Gülarə qapını açan kimi Biruni sağ əli ilə anasının üzünə şillə vurub içəri girdi. Biruninin arxası ilə də Zülfüqar və mən, evin qonaq otağına daxil olduq.
Biruni evə girəndən sonra Gülarənin saçlarından tutub digər əlində olan mənim telefonumdakı yazışmanı göstərərək yüksək səslə bunun nə yazışma olduğunu soruşdu. Gülarə isə ağlaya-ağlaya mənimlə arasında heç bir münasibətin olmadığını dedi. Biruni həmçinin dayılarına da zəng edib onların evinə gəlməsini istədi. Orada yaranmış səs-küyə Ruhid, Biruninin bacısı Əfsanə və qardaşı Kənan, eyni həyətyanı sahədə yaşayan Əbülfəz gəldi. Əbülfəz ora gəldikdən təxminən 5 dəqiqə sonra ora qonşuluqda yaşayan Sübüxanım və Əbülfəzin arvadı Süheylə, daha sonra isə Gülarənin qardaşları Bayram və Habil gəldilər. Habil ora gələn kimi Biruni ilə Zülfüqardan qışqırmamalarını, qəsəbəyə biabır olacaqlarını dedi. Çünki onlar yüksək səslə oradakı şəxslərə Gülarə ilə mənim gizlin eşq yaşadığımızı deyib, bizi təhqir edərək, “cındır” və “alçaq” kimi sözlər işlədirdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, ona Basqaldan çıxıb getməyi təklif ediblər:
“Özüm də onlara qəsəbədən gedəcəyimi dedim. Onlar mənə qəsəbədən getməyimi  hədə-qorxu ilə istəmədilər. Orada mən, təxminən 1-2 saat qaldım, lakin həyəcanlı olduğum üçün həmin müddət ərzində hansı söhbətlərin olmasını xatırlamıram. Mən çıxıb məktəbə qayıtdım. Öz otağıma daxil oldum. Otaqda gizlətdiyim bıçağı götürdüm. Qorxurdum ki, Gülarənin qohumları üzərimə hücum çəkərlər.
Eyni zamanda telefonumun Gülarənin evində qaldığını bildim. Lakin utandığım və  hədə-qorxu gəlməsələr belə nəsə edəcəklərindən qorxduğum üçün gedib telefonunu götürmədim. Artıq növbəti gün yuxudan oyanıb yenə dünən Gülarənin evində baş verənləri düşünməyə başladım. Həmin gün artıq saat 9 radələrində məktəbin köhnə binasının üçüncü mərtəbəsində qaldığım yararsız sinif otağından çıxaraq Gülarənin gəlib gəlmədiyinə baxmaq üçün yandakı sinif otağına keçdim. Oradan məktəbin təzə binasının birinci mərtəbəsindəki pəncərəsindən dəhlizdə Gülarənin dayanmasını gördüm. Həmin an Gülərəni çox sevdiyimi və artıq onunla birlikdə olmayacağımızı başa düşürdüm”.

Bəxtiyar Əhmədli deyib ki,  Gülarə ilə onu ayırdıqları üçün qohumlarından qisas almaq niyyəti ilə sevdiyi qadını öldürmək istəyib:
“Otaqdan bıçağımı götürdüm. Gülarəni dəhlizdə görüb çölə çıxmasını istədim. Həmin zaman giriş qapısının qarşısında məktəbin təsərrüfat müdiri Tələt müəllim mənim içəri girməyimi istədi. Ona birazdan gələcəyimi dedim. Gülarəni də çağıraraq məktəbin sol yan tərəfinə keçdik. Keçən kimi bıçağı sağ əlimdə gizlətdim. Gülarə mənim arxamca yanıma gəldikdə məndən təxminən 3 metr aralıda dayandı və mənim sol əlimdə plasmas borunu görüb “vurassan məni?” dedi. Mən isə onu qorxuzmamaq üçün əlimdəki borunu kənara atıb Gülarəyə “yox vurmayacam, gəl söz deyirəm” dedim. Bu zaman Gülarə “mənə neyniyəcəksən?” deyəndə mən, “heçnə eləməyəcəm, gəl bura” dedim. Gülarə mənə inanaraq yaxınlaşdı. Ona yaxınlaşıb, qucaqladım. Bu zaman cibimdəki bıçağı çıxarıb ona zərbələr vurdum. Gülnarənin ölməsindən əmin olandan sonra onu yerə buraxdım.
Qapıdan çıxanda Tələt müəllimə “vurdum, Gülarəni götürün ordan” deyib oranı tərk etdim. Öz otağıma qalxdım, işlənmiş ülgüc götürdüm. Özümü də öldürmək istəyirdim. Məktəbdən çıxaraq gəzə-gəzə Qıçatan kəndi istiqamətində meşənin içi ilə getdim. Məktəbdən təxminən 500 metr aralandıqdan sonra Qıçatan kəndinə gedən yolda meşədə yerini dəqiq xatırlamadığım yerdə dayandım. Təxminən 1 saat torpaq səthi üzərində oturdum və cibimə qoyduğum ülgücü çıxarıb qolumu doğrayacaqdım. Lakin bir müddət sonra bu fikrimdən yayındım. Qıçatan kəndinə tərəf getdim. Orada sakinlərin birindən telefon alaraq “102 qaynar xətti”nə zəng edib təslim olmaq istədiyimi bildirdim. Gülarəni öldürdüyüm bıçağı kolluğa atmışdım. Həmin zəngdən sonra Qıçatan kəndinə gəldim və polis əməkdaşlarına təslim oldum. Bıçağı atdığım yeri polislərə göstərdim”.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və  barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Əhmədli 17 il müddətinə azadlıqdan məhrum edilib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar