Oktyabrın 9-da axşam saatlarında Hövsan qəsəbəsində 28 yaşlı Çərkəz Əfrayıl oğlu Ələsgərovun amansızlıqla qətlə yetirilməsi barədə xəbər vermişdik.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü 2 yeniyetmə tərəfindən idarə etdiyi avtomobildə öldürülən Çərkəz idmançı olub. Dostları onun uzun müddət idmanla məşğul olduğunu qeyd ediblər. İşdən sonra taksi fəaliyyəti göstərən Çərkəz Ələsgərovun idarə etdiyi avtomobilə hadisə baş verən gün 2 yeniyetmə əyləşərək Hövsana getmək istədiklərini bildiriblər. Hövsandakı Bağça küçəsi adlanan əraziyə çatdıqda həmin şəxslər bıçaqla sürücüyə hücum edərək onun boğaz nahiyəsinə ağır xəsarət yetiriblər. Ç.Ələsgərova 40-a yaxın bıçaq xəsarəti yetirərək onu qətlə yetirən şəxslər daha sonra maşınını götürərək qaçıblar. Hadisədən qısa vaxt sonra qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb və yeniyetmələr tutularaq istintaqa cəlb edilib.
Xəbər lenti
16 yaşlı yeniyetmələr tərəfindən maşınında öldürülən Çərkəz idmançı imiş

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar