Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ərinin öldürdüyü Ayşə tanınmış iş qadını imiş... - ŞƏKİL

Tarix: 16-09-2022 13:49     Baxış: 3255 A- / A+

İki həftə əvvəl paytaxtın Nizami rayonunda 27 yaşlı Ayşə Bayramovanın qətlə yetirilməsinin təfərrüatı üzə çıxıb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Ayşəni öldürən həyat yoldaşı, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun ikinci evliliyi imiş.
Məlum olub ki, ata-anasını erkən yaşda itirən Ayşə nənəsinin himayəsində böyüyüb. Hadisə də qadın nənəsinə baş çəkərkən qeydə alınıb. Ailə qurduqdan sonra da tez-tez nənəsinin yanına gedən Ayşə Nizami rayonu, Şərifli küçəsində olarkən həyat yoldaşının hücumuna məruz qalıb. Kişinin çoxsaylı bıçaq zərbələrindən ağır yaralanan Ayşə qanitirmədən hadisə yerində vəfat edib.
Bildirilir ki, əslən Masallıdan olan və “Kirvə Vüsal” adı ilə tanınan Vüsal Bayramov Ayşə ilə evləndikdən sonra Bakıya köçüb. Onların 5 illik evliliyindən bir oğlu da olub.
Ayşə Bayramova iş qadını kimi tanınıb. Belə ki, o, müxtəlif vaxtlarda paytaxda yerləşən bir neçə geyim mağazasının sahibi olub.
Xatırladaq ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar