Xəbər lenti
“Üçlükdə oturub söhbət etmişik...” – “Prezidentə kim necə xəyanət eləyib, danışacam...”
20 aydır həbsdə olan keçmiş zavod rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 55 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanır. Amma özü bu ittihamı qəbul etmir. Əksinə, zavod da daxil olmaqla, özü və qohumlarının çoxsaylı əmlaklarının əllərindən alındığını deyir.
"İş adamıyam, öz pulumu qazanıb yemişəm. Hələ başqaları da gəlib qazancıma şərik olub. Mən dövlətə vəzifədəki məmurlardan daha çox xeyir vermişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə oturub söhbət eləmişik. Hər şey qaydasında idi, hamı qazanırdı. Kimə lazım idi ortalığı qarışdırıb bu biabırçılığı yaratmaq?", – keçmiş zavod direktorunun sözləridir.
Onun dediklərindən məlum olub ki, 2011-ci ildə söhbət edən "üçlük" deyəndə özünü, Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyevi də nəzərdə tutub. Elə vəkili də Mehdiyevin məhkəməyə çağırılıb şahid kimi dindirilməsi barədə vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb.
Vəkili Məmmədovun məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi, ev dustaqlığına buraxılması haqda da vəsatətlər qaldırıb. Amma bu məsələlərdə də məhkəmənin cavabı "yox" olub.
Ev dustaqlığına buraxılması haqda vəsatətə münasibət bildirən Məmmədov deyir ki, bu məsələ onun üçün önəmli deyil: "DTX-da 15 kvadratmetrlik otaqda baş-qulağım sakit yaşayıram. Mənim orada qalmağıma görə azadlıqda olanlar narahat olsun. Son 11 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını yazıram kitabımda...".
Sentyabrın 9-da məhkəmədə sabiq zavod direktoruna qarşı yeyinti ittihamının detalları açıqlanacaq, ardınca dindirmələr başlayacaq.
2021-ci ilin yanvarında DTX əməkdaşları tərəfindən saxlanılan Rasim Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israfetmə və başqa əməllərdə suçlanır./"AzPolitika.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar