Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Arvadımı dayım oğlu ilə əl-ələ gördüm, Qurana and içdi ki…" – Şəmkirdə ŞOK OLAY

Tarix: 31-07-2022 23:10     Baxış: 4283 A- / A+
"Arvadımı dayım oğlu ilə əl-ələ gördüm, Qurana and içdi ki…" – Şəmkirdə ŞOK OLAY7 ay əvvəl çobanlıq etmək üçün dostum Nərman adlı Şəmkir rayon, Aşağı Seyfəli kənd sakini vasitəsilə adını bilmədiyim Samux rayon sakinindən pulla aldığım ov tüfəngi ilə Maliki vurmağı qərara aldım".

"Hadisə yerindən qaçmadım"
Səlimin sözlərinə görə, mayın 9-da saat 17 radələrində idarə etdiyi "VAZ 2106" markalı avtomobili ilə Şəmkir-Seyfəli avtomobil yolu boyunca hərəkət edib: "Saat təxminən 18 radələrində Aşağı Seyfəli kəndinin qurtaracaq hissəsində Maliki gördüm. Malik mənim avtomobilimi görən kimi uzaqlaşsa da, onu vurmaq məqsədilə avtomobili sürətli şəkildə onun avtomobilinin arxasınca sürdüm. Biz magistral yolun Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində üz-üzə gəldik. Malikin avtomobilini saxlaması üçün öz avtomobilim ilə onu vurdum. Toqquşmadan sonra Malik avtomobilin ön oturacağında oturmuş xalası oğlu Sərdar ilə avtomobildən düşdülər. Bu zaman Malikin qaçmağa başladı, "dayan" deyə üç dəfə qışqırdım. Lakin Malik Çinarlı qəsəbəsinə doğru qaçmağa davam etdi. Avtomobildən tüfəngi götürərək Malikə tərəf tuşladım. Həmin vaxt Sərdar qaçsa da, məqsədim Maliki vurmaq olub. Odlu silahdan bir dəfə atəş açdım. Lakin Məlik qaçmağa davam etdi. Mənim Malikin və Sərdarən xəsarət alıb-almaması barədə məlumatım olmayıb. Malikin atası dərhal hadisə yerinə gələrək hüquq-mühafizə orqanlarına baş vermiş hadisə ilə bağlı məlumat verdi. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Mən hadisə yerindən qaçmadım".

"Cinsi münasibətim olmayıb"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Malikin sözlərinə görə, Səlim ilə arasında əvvəllər sözlə mübahisələri olsa da, ədavət və ya düşmənçilik olmayıb: "Əksinə, Səlimlə daim mehriban münasibətlərimiz olub. Səlim ilə aramızda olan mübahisələrin əsas səbəbi onun keçmiş arvadı Lətafət ilə bağlı olub. Səlim əsassız olaraq məni arvadı ilə münasibətimin olmasında günahlandırıb. Lakin mənim Lətafətlə heç vaxt cinsi münasibətim və ya telefon danışığım olmayıb. İstər evli olduqları müddət ərzində, istərsə də sonradan Lətafətlə bağlı heç bir yaxın münasibət və ya sevgi məzmunlu danışığım olmayıb. Lətafətlə daim bibim oğlunun arvadı kimi sərhədli münasibətim olub. Səlimin ifadəsində qeyd etdiyi xüsusatlar tamamilə yalan və əsassız olub. Heç bir zaman Lətafətlə əl-ələ tutmamışam. Lətafətin yaşadığı evi güdməmişəm".
Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, hadisə baş verən günü Səlim onun avtomobili ilə toqquşub: "Həmin vaxt Səlimə əsəbi şəkildə "ə sən neylədin" deyərək özümdən çıxdım. Bu zaman Səlim avtomobilin arxa qapısını açaraq oradan ov tüfəngini götürdü. Səlimin məqsədi məni öldürmək olub. Maşında olan Sərdarla Çinarlı istiqamətində qaçmağa başladıq. Səlim ov tüfəngi ilə bir dəfə atəş açaraq mənim arxa nahiyəmdən vurdu. Mən yerə yıxıldım. Bu zaman Səlimlə aramızda məsafə təxminən 30 metr məsafə olub. Sol ayaq nahiyəmin bud hissəsində odlu yara xəsarəti aldıqdan sonra birtəhər özümü toplayaraq ayağa qalxdım və qaçmağa davam etdim. Bu əsnada atam Səlimə mane olaraq ov tüfəngini əlindən aldı. Atam Səlimin bu əməlinə mane olmasaydı, mənim öldürəcəkdi. Hadisədən sonra atamın köməkliyi ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparıldım. Orada mənə lazımi tibbi müayinə və müalicə tədbirləri görüldü".

"Şər-böhtandır"
Cinayət işi üzrə şahid qismində ifadə verən Lətafətin sözlərinə görə, Səlim onun keçmiş əri olub: "Ərim xaraktercə çətin, ailəsinə diqqət göstərməyən bir insan olub. Onunla evliliyimizdən dörd övladım var.
Övladlarımdan biri xəstəlik ucbatından vəfat etdi. Səlimlə münasibətim ailə həyatı qurduğum gündən çox pis olub. Münasibətimizin pis olmağının əsas səbəbi Səlimin məni hədsiz dərəcədə və əsassız olaraq qısqanması, daim içkili vəziyyətdə evə gələrək dava salması olub. Səlimin mənimlə bağlı dedikləri şər-böhtan olub. Mənim Səlimin dayısı oğlu Maliklə heç bir münasibətim olmayıb. Mənim ərimdən başqa digər şəxs və ya şəxslərlə münasibətim olmayıb".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Səlim 14 il müddətinə azadlıqdan məhrum edilib. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar