Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Arvadını qapını açmadığı üçün öldürübmüş...

Tarix: 19-07-2022 07:40     Baxış: 3413 A- / A+
Arvadını qapını açmadığı üçün öldürübmüş...
Şamaxıda arvadını uşaqlarının gözü qarşısında döyərək öldürən Şakir Cəfərova hökm oxunub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1985-ci il təvəllüdlü Ş.Cəfərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində arvadını öldürmə səbəbindən danışıb. O qeyd edib ki, hadisə baş verən gün evə içkili gəlib və darvazanı döyəndə onu açan olmayıb. Bu səbəbdən Ş.Cəfərov həyətə hasarın üstündən keçib.

Arvadından nəyə görə qapını açmadığı soruşanda isə, qadın hamamda olduğunu bildirib. Həyat yoldaşının cavabından əsəbiləşən ər, onu üç azyaşlı uşağının gözü qarşısında amansızlıqla döyüb.

Davadan sonra ər-arvad yataq otağına keçiblər. Bu zaman qadın başının ağrıdığını, yatmaq istədiyini bildirib. Əri isə cavab olaraq, “başın ağrıyırsa, həkim çağırım” deyib. Qadın isə “yox, zəng eləsən, səni tutacaqlar, yatım, başımın ağrısı keçəcək” cavabını verib.

Səhər açılanda isə qızı anasının ağzından qan gəldiyini görüb. Qadının bədəni qaraldığı, soyuduğu üçün əri onun öldüyünü başa düşüb. 

Bu zaman Ş.Cəfərov övladlarını babasıgilə aparıb, daha sonra polis şöbəsinə yollanaraq təslim olub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 1-də baş verib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar