Xəbər lenti
Yerində təsdiq, paytaxtda təkzib edilən təcavüz qalmaqalı
Bu ilin aprelində qızın zorlanması ilə bağlı məlumatı DİN mətbuat xidmətinin Lənkəran regional şöbəsinin böyük inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev təkzib etmişdi. Bildirmişdi ki, zorlama şikayəti təsdiqini tapmayıb Zorlama ilə bağlı məlumatı hansı faktlara əsaslanaraq təkzib etdiyini öyrənmək üçün AYNA adından Məhəmməd Rzayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, 2022-ci il fevralın 5-də Masallı rayonunun Ərəb kəndində yaşayan qızın anası azyaşlı qızının zorlanması ilə bağlı Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
“Dərhal müvafiq araşdırmalara başlanılıb. Məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizası nəticəsində bu zorlama faktı təsdiqini tapmayıb. Cinayət işinin başlanmaması qərara alınıb”, - deyə o Rzayev qeyd etdi.
Qızın anası Firuzə Məmmədova (ad və soyad etik səbəblərdən dəyişdirilib – red.) isə əməkdaşımızla söhbətində DİN mətbuat xidmətinin Lənkəran regional şöbəsinin böyük inspektorunun dediklərini təkzib etdi: “Masallı və Cəlilabad rayonlarında aparılan ekspertiza zamanı zorlama faktı təsdiqini tapıb. Lakin Bakıda keçirilən ekspertiza zamanı zorlama faktı təsdiqini tapmayıb”.
“Qeyd etmək istəyirəm ki, Bakıya səfər zamanı qızı ərim və qardaşım müşayiət edirdi. Amma müayinə onların iştirakı olmadan keçirilib. Bu qanunsuzluğa dözmək fikrində deyiləm və sona qədər gedəcəyəm ki, həqiqət üzə çıxsın və günahkar cəzalansın”, - deyə F.Məmmədova vurğuladı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar