Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda ana və iki azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayıb - Şəkil

Tarix: 30-06-2022 21:03     Baxış: 4364 A- / A+
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş hüquqi varisi qismində qətlə yetirilən 39 yaşlı Gülnar Qaraxanovanın həyat yoldaşı, 14 yaşlı Lamiyə və 11 yaşlı Ataxan Qaraxanlıların atası Fəsahət Qaraxanov iştirak edib. Fəsahət Qaraxanov həyat yoldaşı və övladları qətlə yetiriləndə Rusiyada olduğunu deyib.

Bundan başqa, məhkəmədə o da bildirilib ki, ittiham olunan Əhəd Əliyev Saatlı rayonunda müəllim işləyib, 2007-2014-cü illərdə məktəb direktoru olub.

Xatırladaq ki, hadisə bu ilin fevral ayında baş verib.

Fevralın 20-si Bakının Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanlıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. apa

Manevr.az 
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayıb - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar