Sizin Reklam Burada
Xəbər lenti
24-12-2024
23-12-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Qaralov və Rüstəm Usubov cinayətkar dəstənin ən aktiv üzvü idi” - Keçmiş müstəntiq

Tarix: 07-06-2022 23:06     Baxış: 3271 A- / A+


“Zakir Qaralov və Rüstəm Usubov cinayətkar dəstənin ən aktiv üzvü idi” - Keçmiş müstəntiq
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 
Manevr.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi keçirilən proses cinayət işi üzrə zərərçəkən Zaur Əliyev sərbəst ifadəsi ilə davam etdirilib.
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb
Abşeron və Sabirabadda avtomobillər piyadaları vuraraq öldürüb
Baş Prokurorluqda vaxtı ilə müstəntiq işləmiş Zaur Əliyev bildirib ki, Zakir Qaralovun rəhbərliyi altında Ağır Cinayətlərə Dair İstintaq İdarəsində “MTN işi” üzrə istintaq bilərəkdən süni şəkildə 6 ilə qədər uzadılıb: “Məqsəd cinayət təqibi üzrə cəlbetmə müddətinin keçirilməsi idi. Zakir Qaralov və Rüstəm Usubov bu mütəşəkkil cinayətkar dəstənin ən aktiv üzvləridir. Çünki onların birbaşa iştirakı ilə vətəndaşlar girov götürülürdü. Qaralovla Usubov iş üzrə hər bir zərərçəkənin qanunsuz həbsindən 2 dəfə pul alırdılar. Şıxəliyev və başının dəstəsi gələcək qurbanı müəyyən edib, qanunsuz olaraq, əvvəlcədən uydurulmuş ittihamla həbs edir, faktiki olaraq girov götürürdülər. MTN-in zindanına salıb, pul vermək üçün təhdid olunurduq. Məndən pulu tələb edən Şıxəliyevin müavini Təhsin Ağayev idi. Bu gün guya xəstədir. Hamı bilir ki, Təhsin Ağayev qorxaq, rəzil biridir. İstintaqa cəlb edilsəydi, qorxusundan bu mütəşəkkil cinayətkar quldur dəstənin bütün cinayətlərini bir-bir açıb deyəcəkdi. Ona görə də onu xəstəlik adı ilə istintaqdan, məhkəmədən yayındırırlar”.
 
Zaur Əliyev deyib ki, onu MTN-də girov götürəndən sonra Təhsin Ağayev 200 min manat tələb edib: “Heç bir cinayətimin olmadığını, pul verməyəcəyimi dedim. Barəmdə cinayət işi başlandı, qanunsuz olaraq həbs olundum. Faktiki isə məni girov götürüb, MTN zindanında saxladılar. Girovluqda qaldığım 3 ay ərzində məndən bir tələb vardı - pul ver. Təhsin Ağayev deyirdi ki, pul verilməsə, buradan çıxmayacaqsan. MTN-də yaxın qohumum müstəntiq idi. Onun adını çəkmirdim. Düşünürdüm ki, onun bu işlərə aidiyyəti yoxdur. Adını çəkəcəyim halda onun da problemlərinin ola biləcəyini ehtimal edirdim. Amma o öz təşəbbüsü ilə Təhsin Ağayevə qohum olduğumuzu demiş, pul söhbətini aparmağa başlamışdı. Ailəmlə də pul söhbətlərini o etmişdi. Mənim girovluqdan azad edilməyim üçün pulu da Mövlam Şıxəliyevgilə onun iştirakı ilə yoldaşım Samirə Əliyeva və qaynım Mirəli Əliyev verib. Pulu yoldaşımdan alan Təhsin Ağayev olub. Qaralovla Usubov Şıxəliyevin dəstəsinə vətəndaşları girov götürməyə şərait yaradır, onlar da pul və mal alınandan sonra işi məhkəməyə göndərirdilər. Qaralovla Usubov həbs qətimkan tədbirinin dəyişdirilməsində də bilavasitə iştirak edirdilər. Mən də daxil olmaqla, həbs adı ilə girov götürülmüş vətəndaşlardan alınan pulun bölgüsündə də Qaralovla Usubovun xüsusi payı olub. Burada məhkəmə-istintaq araşdırması zamanı sadaladıqlarım öz təsdiqini tam olaraq tapdı. Belə ki, zərərçəkən Əfsəl Həsənəliyevin ifadəsindən aydın şəkildə bilindi ki, Yasin Məmmədov ona bildirib ki, pul verməsən, buradan çıxa bilməyəcəksən, onların, yəni Qaralovla Usubovun hesabı çatmasa, səni buradan buraxan olmayacaq. Çünki səni biz həbs etməmişik, onlar həbs ediblər. Yasin Məmmədov Əfsəl Həsənəliyevə deyib ki, tanıdığın imkanlı adamın varsa, adını çək, çağıraq, pulunu alaq, həmin pulu sənin əvəzinə, səndən alınan pul kimi Qaralov və Usubova çatdıraq, səni MTN-dən buraxaq".
 
Digər zərərçəkmiş şəxs Hacı Elman Əhmədov da sərbəst ifadə verərək bildirib ki, ondan 160 min manat alıb azadlığa buraxıblar. Bundan sonra onu təkrarən MTN-ə çağırıblar. Müstəntiqin xidməti otağında prokurorluğun işçisinin iştirakı ilə ondan alınan pulun məbləğini dəqiqləşdirib, sərbəst buraxıblar: “Məndən alınan pul məbləği ilə bağlı Baş Prokurorluqla Şıxəliyevin arasında narazılıq olub. Bu narazılıqla bağlı yenidən çağırdılar, məndən alınan məbləği Baş Prokurorluqdan gələn nümayəndənin yanında dəqiqləşdirdilər. Bununla aydın şəkildə sübuta yetirilir ki, Baş prokuror Qaralov və onun 1-ci müavini Usubov nəinki vətəndaşların qanunsuz həbs olunmasında birbaşa iştirak ediblər, hətta onlardan alınan pul və malların da bölgüsündə maraqlı şəxs olublar".
Zərərçəkən qeyd edib ki, Şıxəliyevgil vətəndaşı qatı cinayətkar kimi girov götürəndən sonra Qaralov və Usubov onların əməllərə “qanuni don” geyindirir, vətəndaşdan pul alınandan sonra mütəşəkkil dəstə üzvləri arasında bölünür, iş məhkəməyə göndərilirdi: “Burada Şıxəliyevgil arxa plana keçirdi. Məhkəmədə Qaralovla Usubov yenidən işə qoşulur, bu dəfə məhkəmədən azad edilməsi üçün ikinci dəfə alınan pula şərik çıxırdılar. Mən də digər zərərçəkənlər kimi şərlənərək girov götürülmüşdüm”.
 
Yenidən söz alaraq danışan Zaur Əliyev bildirib ki, iş üzrə kifayət qədər yeni hal açılıb: “Aydın olub ki, iş üzrə 36 zərərçəkəndən alınan pulların hesabına Mövlam Şıxəliyev həyat yoldaşı Aybəniz Şıxəliyevanın, qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin adına çoxlu mülk alıb. Bu əməllə faktiki olaraq Mövlam Şıxəliyev özünün cinayətlərinə ailə üzvlərini də şərik edib. Amma bu gün onun ailə üzvlərinə qarşı cinayət təqibi aparılmır. Əslində isə bu gün iş üzrə təqsirləndirilən şəxslərin sayı 4 deyil, 7 olmalıdır. Şıxəliyevin ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşmasında birbaşa iştirak ediblər. Bizə qarşı xüsusilə ağır cinayət törədilib. Niyə xüsusilə ağır deyirəm? Çünki Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov bu cinayətləri Azərbaycan vətəndaşlarının keşiyində dayanmalı orqanın – Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri olaraq törədiblər. Azərbaycan dövlətinin gücündən Azərbaycan vətəndaşlarına qarşı istifadə etməklə var-dövlət yığıb, dövlətin nüfuzuna xələl gətiriblər. Vüsal Ələkbərov MTN-də hansı vəzifəni tutub? Bu adam Dövləti Cinayətlərin Araşdırılması şöbəsinin rəisi olub. Vüsal Ələkbərov nə edib? Dövləti Cinayətlərin Araşdırılması şöbəsinin rəisi ola-ola dövləti öz cinayətlərinə şərik edib. Mövlam Şıxəliyev də Vüsal Ələkbərovun rəisi, cinayət şəriki olub. 8 aydır məhkəmə gedir, bu günə qədər zərərçəkənlərin verdiyi vəsatətlərin biri belə təmin edilməyib. Bizə qarşı törədilən ağır cinayətlər məhkəmədə tam çılpaqlığı ilə ortalığa çıxdı. Şıxəliyev adlar çəkir, özünə şəriklər axtarır. Məhkəmədə Şıxəliyev və başının dəstəsi belə mövqe tutub ki, guya biz - 36 zərərçəkən rüşvət verib etmədiyimiz cinayətlərimizi ört-basdır etməyə çalışmışıq. Mən və təmasda olduğum zərərçəkənlər deyirik ki, qanunsuz həbs edilib, MTN zindanına salınmışıq. Aylarla özümüzü, ailələrimizi təhdid altında saxlayıb azad edilməyimiz üçün pul tələb ediblər. Pul verməyib, nə edə bilərdik? MTN İstintaq Baş İdarəsinin rəisindən kimə şikayət edə bilərdim? Yaxud Baş prokuror Qaralovdan, onun 1-ci müavini Usubovdan şikayətlərimizə kim idi baxan? Şıxəliyev vəzifədəykən ondan şikayət edənlər bu gün həyatda yoxdurlar. Bunlar tam cinayətkar şəbəkə idi”.
 
Zaur Əliyev daha sonra tərəflərin suallarını cavablandırıb.
 
Qeyd edək ki, ittihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
 
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var./APA

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar