Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Məmməd Mirizadə deyib ki, qətlə yetirilən şəxsin anasının iş yoldaşı olub.
"Ayşən küçədə gedirdi. Mən ona yaxınlaşanda Əsgər gəlib məni vurub qaçdı".
Təqsirləndirilən şəxs Əsgər Musayev isə şahidin yalan danışdığını bildirib. O qeyd edib ki, narkotik istifadəçisi olan Ayşənin Məmməd Mirizadə ilə sevgi münasibəti olub: "Mən yoldaşımı evə aparırdım. Məmməd qarşıma çıxdı. Şübhələndim. Yoldaşımı yarı yolda sürüb qayıtdım. Başqa yolla gedib onu izləyəndə gördüm ki, Məmməd Ayşənə yaxınlaşdı, başladı onu döyməyə. Mən onlara yaxınlaşıb Məmmədi vurdum. Məmməd zəng vurub dostlarını çağıranda mən qaçdım. Ayşəni narkotik qəbul etməyi Məmməd öyrətmişdi. Qətlə yetirməyimin də səbəbi bu olub".
Digər şahid, təqsirləndirilən şəxs, Əsgər Musayevin atası Mansur Musayev bildirib ki, oğlu 5 il ailəli olub.
"Əvvəl 2 il yaxşı yaşayıblar. 2 ildən sonra qayınanasının təkidi ilə bizim yanımızdan köçdülər. Bir müddət aralarında problem yarandı. Ondan sonra ailədə problemlər daha da artdı. Eşitdim ki Ayşən başqa kişilərlə görüşür. Bunu oğluma demək istəmirdim. Bir dəfə qızı bir oğlanla gördüm. Sonradan eşitdim ki, narkotik istifadəçisidir. Bir dəfə Ayşənə dedim ki, sənin haqqında məlumatlar var, özüm də oğlanla görmüşəm. Ona dedim ki ya bu yoldan çəkil, ya da ayrılın. Ayşən məni və oğlumu hədələyirdi. Mənə dedi ki, mənimlə bağlı maraqlanmayıb, mən öz həyatımı yaşayıram. Hadisədən 6 ay əvvəl bunu oğluma dedim".Ə.Musayevin anası Məhbubə Musayeva isə deyib ki, qətl hadisəsi baş verəndə işdə olub: "Əsgər mənə zəng vurdu ki, iş yerinə gəlirəm. Gəldi götürdü və dedi ki Ayşəni öldürmüşəm. Sonra gedib təslim oldu".
İttihama görə, ötən il noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar