Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

Arvadını amansızlıqla ÖLDÜRDÜ: "Xəyanətə görə qətlə yetirdim"

Tarix: 13-04-2022 22:08     Baxış: 3167 A- / A+
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dindirilib.

O deyib ki, həyat yoldaşı Ləman Ələsgərovanı xəyanətə görə qətlə yetirib: "Usta idim. Uşaqlarıma özüm baxırdım. Ləman tez-tez evdən gedirdi. O, sərbəst yaşamaq istəyirdi. Ləmanın xəyanətlərini çox tutmuşdum. Ona mane olmamaq üçün suyuma narkotik atıb məni tutdurmaq istəyirdi. Sonra onu xəyanət etdiyinə görə öldürdüm. Mən narkotik istifadəçisi olmamışam. Ona neçə bıçaq zərbəsi vurduğum yadımda deyil".

Daha sonra zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən qadının atası Babək Babayev ifadə verib. O, Ş.Ələsgərovun narkotikdən istifadə etdiyini söyləyib.

Məhkəmənin növbəti iclası aprelin 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda qeydə alınıb. Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar