Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Palmali”nin növbəti gəmisi bu şəhidimizin adını daşıyacaq

Tarix: 06-04-2022 16:09     Baxış: 4421 A- / A+
“Palmali”nin növbəti gəmisi şəhid Əli Seyran oğlu Nəcəfovun adını daşıyacaq.
2022-ci il aprel ayının 16-da II Qarabağ müharibəsində şəhid olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə verilərək dünya sularına buraxılacaq. Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsində olan gəmidə son təmir işləri aparılır. Uzunluğu 140 metr, 17 m genişliyində olan tankerin yükdaşıma qabiliyyəti 7000 dwt-dir.
Manevr.az xəbər verir ki, bu barədə “Palmali”nin əməkdaşı Fidan Quliyeva məlumat verib.
Qeyd edək ki, Əli Seyran oğlu Nəcəfov 24 may 1998-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub. 2016-2020-ci il tarixlərdə Azərbaycan Universitetinin “Maliyyə” fakültəsində  «Maliyyə və İqtisadiyyat» ixtisası üzrə ali təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı naminə gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyran oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» və 25 dekabr 2020-ci il tarixli digər Sərəncamına əsasən «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilib. Şəhidimiz Masallı rayonunun Tüklə kəndində dəfn olunub.

Fidan Quliyeva vurğulayıb ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holding”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holding”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları veriləcək. "Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. “General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb"-, deyə Fidan Quliyeva qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar