Xəbər lenti
İşgəncələrdə hansı hakimlər iştirak edib? - Vaxtilə MTN-də çalışan hakimlərin DOSYESİ + ŞƏKİLLƏR
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu 2014-2015-ci illərdə təhlükəsizlik naziri olmuş Eldar Mahmudovla bağlı yeni məlumatlar paylaşıb.
Ərəstun Oruclu sosial şəbəkə üzərindən paylaşdığı açıqlamasında bildirib ki, Eldar Mahmudovun mütəşəkkil dəstəsinin tərkibində olmuş və işgəncələrdə iştirak etmiş sabiq MTN müstəntiqlərindən ən azı ikisi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində vaxtilə ləğv edilmiş MTN-də çalışmış 5 hakim var. Onlar - Hüseynov Telman Qulaməli oğlu, Məcidov Azad Əli Ağa oğlu, Qəniyev Faiq Əsəd oğlu, Kərimov Novruz Ağakərim oğlu və İsmayılov Eldar Herov oğludur.
Manevr.az “azpolitika.info”ya istinadən adıçəkilən hakimlərin səcərəsini oxuculara təqdim edir:
1.Hüseynov Telman Qulaməli oğlu 1964-cü ildə anadan olub. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali məktəbinin hüquq fakultəsini bitirib. 1991-2011-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq, şöbə rəisinin müavini, idarə rəisinin vəzifəsinin icraşısı, şöbə rəisi, 2014-2016-cı illərdə “Qafqaz İnkişaf Bankı”nın İnzibati Departamentinin direktoru, 2016-2018-ci illərdə ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin Hüquq xidməti şöbəsinin müdiri vəzifələrində çalışıb. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
2.Məcidov Azad Əli Ağa oğlu 1959-cu ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.1982 – 1985-ci illərdə Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Milis şöbəsində müstəntiq, 1985 - 2002-ci illərdə Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq, xüsusilə mühüm işlər üzrə baş müstəntiq, 2002-2004-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində baş müstəntiq, 2004 -2007-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində Mühüm işlər üzrə baş müstəntiq, 1-ci şöbənin rəisi, İbtidai istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
3.Qəniyev Faiq Əsəd oğlu 1970-ci ildə Quba rayonu Yerfi kəndində anadan olub.1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1994 -1998-ci illərdə 'Suraxanıneft' Neft və Qazçıxarma idarəsinin hüquq məsləhətçisi, 1998 -2013-cü illərdə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin müstəntiqi, mühüm işlər üzrə baş müstəntiqi, şöbə rəisinin müavini vəzifələrində çalışıb. 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
4.Kərimov Novruz Ağakərim oğlu 1960-cı ildə anadan olub.1988-ci ildə Azərbaycan Dövlət Universitetininh hüquq fakültəsini bitirib.1989 – 2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq, 2008 – 2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifələrində çalışıb. 2011 – ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
5.İsmayılov Eldar Herov oğlu 1961-ci ildə anadan olub.1988-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.1988 – 1993-cü illərdəOğuz Rayon Hüquq Məsləhətxanasında vəkil,1993 – 2011-c illərdəMilli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışıb.2011 -ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Ərəstun Oruclunun “mütəşəkkil dəstəsinin tərkibində olmuş və işgəncələrdə iştirak etmiş sabiq MTN müstəntiqləri” deyərkən bu hakimlərdən hansıları nəzərdə tutduğu məlum deyil. Ancaqqeyd edək ki, adıçəkilən hakimlərin MTN-dəki fəaliyyətlərilə bağlı, mətbuatda saysız-hesabsız iddialar səsləndirilir…
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar