Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Səndən sonra qəhəri çəkirəm üz-gözümə, səndən sonra həsrətəm makyajlı qadına"

Tarix: 03-04-2022 12:50     Baxış: 2416 A- / A+
                                                      Qəmər Sözay


Mənə unutmağın reseptini yaz,
Ya da ki, de səni unudum necə...




SƏNSİZLİYƏ DOĞRU

Üz tutur sənsizliyə saatların əqrəbi,
Hər dəqiqə ömürdən, bir ömürü aparır.
Xatirələr can verir zamanın yaddaşında,
Nə ömür sona yetir, nə sənsizlik qurtarır.

Zaman da öz payından, artıq pay vermir bizə,
Doğan günəş isitmir, üşüyən sevgimizi.
Yuxuların çin olma ümidi sona yetib,
Yuxular da birlikdə görmək istəmir bizi.

Döyülür sol yanımda həsrət adında vurğu,
Nəbzim də hey deyinir, yorulur sürətindən.
Kiçicik bir ürəkdə bunca böyük bir sevgi,
Özüm də niagaranam inan ki, səhhətimdən.

Kədər öz örpəyini atıb başım üstünə,
İtib dodaqlarımda təbəssümün şöləsi.
Yalnızlıq qala qurur, yeni yaşım üstünə,
Havadan da duyulur, bir əlvida nəfəsi.


ŞƏN, MAKYAJLI QADIN...

Can çəkişir ümidlər həsrətinin dizində,
Körpəcə arzuların bükülür bel-buxunu.
Yorğun bir ürək gəzir, sənsizliyin izində,
Ay mənim uzaqdakı ən dəyərli yaxınım.

Xatirənlə baş-başa dörd divardır, bir də mən,
Saatın əqrəbləri zamanı qaçaqlayır.
Sənsizlik payız kimi xəzan tökür üstümə,
Sənsizlik payız təki ömrümü qucaqlayır.

Taqətsizəm sabaha yalınayaq gedirəm,
Yollar tikan bitirir, ayağımın altına.
Səndən sonra qəhəri çəkirəm üz-gözümə,
Səndən sonra həsrətəm şən, makyajlı qadına.


SƏNDƏN UZAQLAR

Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.

Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.

Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki, de səni unudum necə...

Toz basmış pəncərə şüşələrimdən,
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar