Xəbər lenti
Dünyanın ən uzun avtomobilindən YENİ REKORD - Şəkil

Manevr.az sonxeber.az-a istinadən xəbər verir ki, "Amerika arzusu" super limuzini 1986-cı ildə ABŞ-ın Kaliforniya ştatının Berbank şəhərində avtomobil dizayneri Cem Orberq tərəfindən yaradılıb və dünyanın ən uzun avtomobili kimi Ginnesin Rekordlar Kitabına düşüb.
26 təkər və iki səkkiz silindrli V8 mühərriki ilə təchiz edilmiş avtomobilin orijinal uzunluğu 18,28 metr idi. 75 nəfər üçün nəzərdə tutulmuş avtomobildə cakuzi, mini qolf meydançası, heliport və dalğıc taxtası olan hovuz var idi.
Daha sonra Orberq limuzinin uzunluğunu 30,5 metrə qədər artıraraq onu bir neçə il anbarda saxlayıb, bu isə avtomobilin yararsız hala düşməsinə səbəb olub.
Avtomobil nəhayət "eBay"də hərraca çıxarılıb və Maykl Dezerin əlinə düşənə qədər iki dəfə sahibi dəyişib. Bununla belə, alqı-satqının məbləği açıqlanmayıb.
Maşını gözəl görkəmə qaytarmaq üçün Dezer avtomobilin əvvəlki sahiblərindən biri olan Maykl Menninqi bərpa işlərinə cəlb edib. Qeyd edilir ki, "Amerika arzusu"nun bərpası üç il 250 min dollara başa gəlib.
"Bəzi hissələrin istehsalçılarını axtarmalı olduq, çünki onlar yox idi. Satışda Oldsmobile Vista Cruiser damını tapmaq çox çətin idi, lakin mən təsadüfən bu damı kəsib 30 il saxlamış bir adamla rastlaşdım. O, damı bizə verməyə hazır idi", - Menninq vurğulayıb.
Bərpa prosesində avtomobilin uzunluğu artaraq 30,52 metrə çatıb. Beləliklə, limuzin öz rekordunu qırıb və 2022-ci il martın 1-də dünyanın ən uzun avtomobili kimi yenidən Ginnesin Rekordlar Kitabına daxil edilib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar