Sizin Reklam Burada
Xəbər lenti
25-12-2024
24-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Cangüdənlərə də güvənmir, bir az şübhələnibsə, həmin adam yoxa çıxır” - Nesxodovski

Tarix: 22-03-2022 22:03     Baxış: 4358 A- / A+
“Cangüdənlərə də güvənmir, bir az şübhələnibsə, həmin adam yoxa çıxır” - Nesxodovski

Müharibə başlayandan Rusiya Prezidenti Vladimir Putin nadir hallarda ictimaiyyət arasında görünür. Onun bir çox görüşlərinin videomontaj sayəsində göstərildiyi bildirilir. Dövlət başçısı məmurlarla məsafə saxlayır. Görüşlərinin əksəri onlayn qaydada baş tutur. Putinin Uralda bunkerdə yaşadığı iddia edilir. Lujniki stadionunda da zirehli şüşə arxasından danışdığı iddia olunur. Bəzi məlumatlara görə, ehtiyat tədbirləri o qədər güclü olub ki, Putinin çıxışı zamanı canlı yayım da kəsilib.

Sosial-iqtisadi Transformasiya İnstitutunun direktoru İlya Nesxodovski bunker iddiasına çox inanır. Onun fikrincə, heç kimə güvənməyən Putinin hamıdan tədric olunaraq yaşaması təəccüblü görünməməlidir.
“Mən onun Türkiyəyə təyyarə ilə uçacağına inanmıram. Kremlin rəhbəri bütün təmas imkanlarını dayandırıb. Putin qorxur ki, onu öldürəcəklər. O, hazırda uduzmaqda olduğu müharibədə ortaya çox şeyi qoyduğunu yaxşı anlayır. Çox, lap çox qorxur. İndi onunla bütün söhbətlər onlayn baş tutur. Yanına heç kimi buraxmır”.
Nesxodovski Putinin hətta cangüdənlərə də güvənmədiyini deyir. Dövlət başçısı ətrafındakı hər kəsi təhlükə sayır.
“Hamını 10 metr aralı əyləşdirməsi yoluxmaya görə deyil. Putin narahatdır ki, yaxınlaşanlar onu öldürə bilər. Əlbəttə, onu qoruyanlara da güvənmir. Baxırsan ki, hansısa cangüdən bu gün var, sabah yoxdur. Putin bir az şübhələnibsə, həmin adam yoxa çıxır”.
Nesxodovski oliqarxların dövlət başçısından çox narazı olduğunu düşünür. Onlar bütün məsuliyyəti prezidentin üzərinə yıxmağa, hətta rəhbəri Qərbə təhvil verməyə hazırdır.
“Hələlik bu fikir güc strukturlarının nümayəndələrindən dəstək almayıb, onlar Putinə tərəfdir. Çünki onları yaxşı “yemləyib”. Eyni zamanda iqtisadiyyat situasiyaya faciəli şəkildə təsir göstərir. Buna görə də ola bilər ki, nəsə dəyişsin”.
Rusiya Ukraynaya fevralın 24-də hücuma başlayıb. Kreml rəhbərliyi rəsmi Kiyevin hərbi davranışlarını ölkə üçün təhlükə yaratdığını bəhanə gətirir. Müharibənin 25 günü ərzində Rusiya ordusu 15 minə qədər hərbçisini itirib. Təxminən 500 tank, 200-dən çıx təyyarə və helikopter sıradan çıxıb. Ukrayna müqavimət qüvvələrinə əsir düşən rusiyalı hərbçilərin sayı 600-ə yaxınlaşır. Tərəflərin müharibəni danışıqlarla başa çatdırmaq cəhdləri uğursuz alınır.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar