Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“20 Yanvar” metrostansiyasındakı terrordan 28 il keçir

Tarix: 19-03-2022 13:19     Baxış: 4388 A- / A+

Bu gün “20 Yanvar” metrostansiyasında terror aktının törədilməsindən 28 il keçir.
Manevr.az xəbər verir ki, 1994-cü il mart ayının 19-u saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. 

Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metrostansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.
Cinayət törətmək şübhəsiylə, terrorçu fəaliyyətlə məşğul olan separatçı “Sadval” təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyənləşdirilmişdir ki, terrorçular təlimata uyğun olaraq, “20 Yanvar” metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları “20 Yanvar” metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar