Xəbər lenti
"Ordumuz torpaqlarımızı azad etməyə hazırdır"
Martın 20-də Tərtər rayonu ərazisindəki hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.
Əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıb. Bildirib ki, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusuna çevrilib. Azərbaycan ordusu hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazırdır.
Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi hissələrdə bayram tonqalları qalanıb. İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar