Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi təxirə salınıb

Tarix: 23-08-2016 14:01     Baxış: 2528 A- / A+
Dələduzluqda təqsirləndirilən müstəntiqin məhkəməsi təxirə salınıb

Bakı Hərbi Məhkəməsində Hərbi Prokurorluğun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin cinayət işi üzrə bu günə təyin olunan hazırlıq iclası baş tutmayıb.

Buna səbəb hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədovun etibarnaməsinin təsdiqlənməməsidir. Hazırlıq iclası avqustun 31-dək təxirə salınıb.

Qeyd edək ki, V. Məmmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı ilə HDQ-nin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsi barəsində Respublika Hərbi Prokurorluğunda aparılmış cinayət işi üzrə istintaq qrupunun üzvü kimi fəaliyyət göstərmiş müstəntiq V. Məmmədlinin barəsində HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında aparılmış xidməti yoxlamanın nəticələrinə görə o, 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.apa.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar