Xəbər lenti
“15 İyul hadisəsini FETÖ törətmədi” - Almaniyanın kəşfiyyat şefi
“Türkiyə müxtəlif kanallar vasitəsilə bizi 15 İyul çevriliş cəhdinin arxasında Gülən qruplaşmasının dayandığına inandırmağa çalışsa da, buna nail ola bilmədi. Bu cevriliş cəhdi dövlət tərəfindən ssenariləşdirilməyib”.
Manevr.az Strateq.az-a istinadən xəbər verir ki, rəsmi Ankaranın ciddi qəzəbinə səbəb olacağı gözlənilən bu fikirləri Almaniyanın xarici kəşfiyyat idarəsinin (Federal Kəşfiyyat Xidməti) rəhbəri Bruno Kahl bildirib.
Həftəlik “Der Spiegel” jurnalına müsahibəsində baş xəfiyyəçi 15 İyul hadisələrini hökumət ilə ordunun bəzi seqmentləri arasında illərdən bəri davam edən hesablaşmanın nəticəsi kimi qiymətləndirib: "15 iyuldan əvvəl orduda hökumət tərəfindən təmizlik dalğası başlanmışdı. Buna görə də ordudakı bəzi qruplar növbə özlərinə gəlmədən çevriliş etmək istəyirdilər. Ancaq artıq çox gec idi və özləri sıradan çıxarıldılar”.
Kahlın fikrincə, çevriliş hökümətin özü tərəfindən planlaşdırılmışdı: “Buna baxmayaraq, prezident Rəcəb Tayib Ərdoğanın əlində həm də digər rəqiblərinə qarşı istifadə etmək üçün məmnuniyyətverici bir bəhanəyə çevrildi”.
Kahl heç Gülən qruplaşmasına ifrat İslamçı və ya terrorçu təşkilat kimi də baxmır. “Der Spiegel”in mövzuyla əlaqədar sualını cavablandıran alman xəfiyyəsinin şefinə görə, bu təşkilat dini və dünyəvi təhsil üçün bir araya gəlmiş mülki qurumlar sistemidir: “Bu sistem içində hazırlıq kursları, Ərdoğan tərəfdarlarıyla illərdən bəri müştərək çalışdıqları təhsil müəssisələri də var".
Gülən qruplaşmasının bir "təriqət" olmadığına inanan baş xəfiyyəçi öz müsahibəsində təşkilatın "əhəmiyyət verilməyəcək bir azlıq" olmadığını da bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar