Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Avropa İttifaqı Ukraynanın müraciətini QEYDƏ ALDI

Tarix: 01-03-2022 09:11     Baxış: 3391 A- / A+


"Avropa İttifaqı Ukraynanın üzvlük ərizəsinə baxılması proseduruna rəsmən başlayıb".
"Європейська правда" xəbər verir ki, bu barədə Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov özünün “Twitter” səhifəsində yazıb.
"Prezident Volodimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Fransanın Aİ Şurası yanında daimi nümayəndəsi Filip Leqlis-Kostaya təhvil verdim. Ərizə qeydə alınıb. Baxış proseduru başlayıb”, - deyə yazıb.
Qeyd edək ki, Rusiyanın işğala başlamasından sonra bir neçə Aİ ölkəsi Ukraynanın üzvlük perspektivləri ilə bağlı çağırışlar ediblər. Slovakiya isə Ukraynanın Aİ-yə daxil olması üçün xüsusi prosedur təklif edib. 

Bir gün əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanı “bizdən biri” hesab etdiyini və onu Aİ-də görmək istədiyini söyləyib. Buna baxmayaraq, o, Ukraynanın xüsusilə sürətləndirilmiş proqram çərçivəsində Aİ-yə daxil olmaq şanslarını dəqiqləşdirməyib. 
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bildirib ki, Ukrayna aydın Avropa perspektivinə malikdir, lakin indi biz təcavüzlə mübarizə aparmalıyıq.
Xatırladaq ki, prezident Volodimir Zelenski fevralın 28-də Ukraynanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar