Xəbər lenti
Moskva Bəyannaməsi iki ölkə arasında əlaqələri yeni mərhələyə yüksəldəcəkdir

Bu tarixi hadisə Azərbaycan-Rusiya əlaqələrini tam yeni mərhələyə yüksəltməklə yanaşı, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm təsirlərini göstərəcək.
Bəyannamədə göstərildiyi kimi, Azərbaycan Respublikası və Rusiya Federasiyası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Qeyd edim ki, özündə bir çox sahələri cəmləşdirən tarixi Bəyannamə ilə iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə tərəfdaşlıqlar daha da genişləndiriləcək. O cümlədən, Azərbaycan Rusiyanın müasir hərbi avadanlıqları, ən yeni silah-sursatlarını almaqla ölkəmizin hərbi sahədə maddi-texniki vəziyyətini daha da gücləndirəcəyinə inanırıq.
Azərbaycanın 2020-ci ildə Ermənistan üzərində qazanılan parlaq qələbə, 30 ilə yaxın müddət ərzində işğalda olan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edilməsi ilə Azərbaycan istər regionda, istərsə də dünyada yeni reallıqlar yaratdı, regionda aparıcı dövlətlərdən biri olduğunu bir daha əyani şəkildə göstərdi.
İki ölkə arasında imzalanan Bəyannamədə Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirildiyi xüsusilə qeyd edilir. Bildirili ki, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.
Göründüyü kimi, müharibədən sonrakı dönəmində regionda davamlı sülhün təmin olunması bu mühüm sənəddə öz əksini tapıb.
Sözügedən Bəyannamə iki ölkə arasında mədəniyyət, təhsil, elm, turizm, idman və sairə sahələrində qarşılıqlı münasibətləri dərinləşdirməyə, əlaqələrin qurulmasına xidmət edəcəkdir.
Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinin tərəfdarıdır. Moskva Bəyannaməsi hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müxtəlif sahələri əhatə edən əməkdaşlığa öz töhfəsini verməklə, iki ölkə arasında əlaqələri yeni mərhələyə yüksəldəcəkdir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar