Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Müharibəyə könüllü gedənlərə "veteran" statusu veriləcək? - AÇIQLAMA

Tarix: 23-02-2022 14:47     Baxış: 5335 A- / A+
Müharibəyə könüllü gedənlərə
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edənlərə "Müharibə veteranı” statusunun verilməməsi iddialarına aydınlıq gətirib.
Manevr.az "report"a istinadla xəbər verir ki, nazir, burada hər hansı könüllü və ya qeyri könüllü kateqoriyasının olmadığını bildirib.
Onun sözlərinə görə, "Müharibə veteranı" statusu veriləcək şəxslərin konkret kateqoriyaları var və bu, normativ hüquqi aktlarla təsbit edilib: "Həmin şəxslərin "Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara "Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar