Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə tətil günləri AÇIQLANDI

Tarix: 18-03-2017 12:59     Baxış: 6304 A- / A+
Məktəblərdə tətil günləri

Təhsil Nazirliyi Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günlərini açıqlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən azxeber.com verilən məlumata görə, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir.

Nazirlikdən bildirilib ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 18-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 17-si dərs günüdür.

Qanunvericiliyin tələblərinə uyğun olaraq bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 25-i, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə martın 27-si dərs günüdür.

Yəni 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs olmayacaq.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilində 5 günlük payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvarda olub. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

Xatırladaq ki, Novruz bayramında 9 gün ardıcıl iş günü olmayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləridir. 18, 19, 25 və 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında ardıcıl 9 gün qeyri-iş günüdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar