Xəbər lenti
“Haradan biləydim ki, Eldar Mahmudov “goreşəndir””-MƏNƏ GÜLLƏ ATDILAR... - Ənvər Seyidov
Ağır Cinayətlərə dair Məhkəmənin hakimi Ənvər Seyidovun sabiq MT naziri Eldar Mahmudova yazdığı "təşəkkürnamə"si mediada yaylmışdı. Məktubun mediada yayılmasından sonra sosial şəbəkələrdə Ənvər Seyidov barəsində sərt tənqidlər səslənib.
Gununsesi.info Ənvər Seyidovla əlaqə saxlayaraq, onun Eldar Mahmudova məktubu barəsində suallara cavab alıb.
Əvvəlcə məktub yazması faktını danan hakim sonradan fikirini dəyişməli olub.
Onunla söhbəti olduğu kimi təqdim edirik:
-Ənvər müəllim, Eldar Mahmudova bu məktubu yazmağa sizi nə vadar etdi?
-Mən heç kimə məktub yazmamışam. Mənim adımdan saytlarda belə xəbər yayılıb. Mənim xəbərim yoxdur.
-Amma həmin məktubların surətində sizin imzanız var, öz imzanısı necə dana bilərsiniz?
-Əşi, bilirsiniz, nə var. Bu hadisə 10 il əvvəl olub. İndi bunu niyə qabardırlar, mənə çatmır.
-Çünki, Eldar Mahmudovun cinayətlərinin üstü açılır. Siz öz hökmünüzlə, MTN-nin saxta ittihamları ilə həbs olunan gənc insanların həyatını məhv etmisiz.
-Mən uzun illərdir ki, hakim işləyirəm. İndiyə qədər də heç bir hökmüm yuxarı instansiya məhkəməsində ləğv olunmayıb. Səid Dadaşbəylinin işi də həmçinin. Bu işi məndən sonra da araşdırdılar. Mən vicdanlı hakiməm. Qərarlarımı qanunlarla uyğun verirəm. Eldar Mahmudova gəlincə, mən haradan bilim ki, o, “goreşən” olub. O, adama etimad göstərilib, xəyanət edib. MTN-ni cinayətkar yuvasına çevirib. Bu gün də bu əməlləri törədənlər həbsdədir. İnanıram ki, layiqli cəzalarını alacaqlar.
-Amma Eldar Mahmudovun dəstəsi ilə yanaşı, Siz və digər həmkarınız Novruz Kərimov da tənqid edilir. Hətta sosial şəbəkələrdə MTN-nin günahsız tutduğu, sizin də azadlıqdan məhrum etdiyniniz insanların yaxınları sizə bəddualar edirlər. Etiraf edək ki, Sizə cəmiyyətdə “vicdanlı hakim” deyən az adam tapılar. Eynilə, həmkarınız Novruz Kərimovu götürək, bu adam mənə heç bir cinayətim olmadığı halda MTN-nin sifarişi ilə 8 il cəza verdi.
-Mən həmişə başımın üstündə Allahı da görürəm. Ədalətsiz qərar verməmişəm. Mən dövlətçiliyə sadiq adamam. Rəhim Qazıyevin işi zamanı başımın üstündən güllə atıblar. Elə məsələlər olub ki, stəkanıma zəhər töküb məni öldürmək istəyiblər. Bu gün də dövlətə xidmət edirəm. Övladlarım da dövlət qurumlarında çalışır.
-Yeri gəlmişkən, hökumət mediasında Sizin hakimiyyəti tərif edən yazılarınıza rast gəlinir. Belə olan halda siz necə müstəqil hakim ola bilərsiniz?
-Mən hakimlikdən qabaq vətəndaşam. Həmin yazıları da vətəndaş kimi yazmışam. Üç ölkənin sülhməramlı səfiriyəm.
-MTN-nin həbs olunan generallarının cinayət işi sizin icraatınıza verilsə, baxacaqsınızmı?
-Əlbəttə, baxacam. Onlar ən layiqli cəzalarını almalıdır. Qanun qarşısında cavab verəcəklər.
Pərviz Həşimli
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar