Xəbər lenti
Bir türk dövlətinin taleyi həll edilir: Baydenin səfəri

Mosul və Kərkükdən Aralıq dənizinə uzanacaq dəhlizin önündən indiyə qədər tək əngəl Kipr və burada Türkiyə əsgərinin olmasıdır.
Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Müyəssər Yıldızın bu gün Oda TV-də yayımlanan köşə yazısında yer alıb. Onun sözlərinə görə, Türkiyə Annan planını qəbul etməklə əlini-qolunu bağlayıb və artıq ondan əsgərini də adadan çıxartmağını istəyirlər:
“Şimali Kipr Prezidenti Mustafa Akıncının bu ayın sonu yunan tərəfinin lideri Anastasiadasla vacib görüşləri başlayır. Bu, həm də ona görə ciddidir ki, burada yekun qərar üçün mühüm məsələlər müzakirə ediləcək. Bundan öncə yunan liderinin “beynəlxalq jandarma gücü” istəməsi, ABŞ-ın da “adada müəyyən müddət beynəlxalq qüvvələr yer almalıdır” təklifini etməsi Türkiyənin ətrafındakı çəmbərin getdikcə daralmasını göstərmirmi? Onların əsas məqsədi türk ordusunun Kiprdən çıxardılmasıdır. 12 sentyabr çevrilişindən 3 ay sonra Kənan Evrən və dostları Yunanıstanın NATO-ya üzvlüyü ilə bağlı qoyduğumuz vetonu ortadan qaldırmışdı. O gündən indiyə qədər Yunanıstan Egey və Aralıq dənizində qazandığımız nə varsa, diplomatiya masasında bizdən tək-tək geri aldı. 15 iyul hadisələrinin nəticəsi yəqin ki, belə olmaz. Əminliklə deyə bilərəm ki, ABŞ vitse-prezidenti Cozef Bayden Türkiyəyə Fətullah Güləni verməyə yox, Kipri geri istəməyə gəlir. Kipri geri verməyi düşünən belə varsa, onu bilsin ki, bununla onlar, sadəcə, Türkiyəni deyil, özlərini də bitirəcəklər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar