Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tural Abbaslı: "Mahir Abbaszadə hesab verməlidir, saatı hardan və necə alıb..."

Tarix: 31-01-2022 18:36     Baxış: 3491 A- / A+

“Azərbaycan iqtidarında təmsil olunan məmurların əksəriyyətinin oliqarx olduğu və müxtəlif sahələrdə böyük bizneslərə sahib olduğu heç kimə sirr deyil. Əgər Mahir Abbaszadənin xərclədiyi pulları halal yolla əldə edibsə, halal xoşu olsun, istəyir, ad gününə Jenifer Lopezi çağırsın və yaxud da Robert De Niro ilə axşam yeməyi yesin, hansısa saatı almaq üçün milyonlar xərcləsin, özü bilər. Amma büdcədən oğurlanıbsa, xalqın puludursa, qanunvericilik qarşısında cavab verməlidir”.

Manevr.az bildirir ki, bunu pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 O xatırladıb ki, deputat Mahir Abbaszadə millət vəkili olmamışdan əvvəl “Qaçqınkom”da işləyib: "Nəzərə alaq ki, qaçqınlar üçün tikilən binalar məsələsində kifayət qədər narazılıqlar var idi. Mahir Abbaszadənin də tikintiyə öz maraqları naminə müdaxilə etdiyi sirr deyil. Məmurların və ya vəzifəli şəxslərin bahalı həyatları, avtomobil, saat, geyimləri, it və pişikləri ola bilər. Əsas həmin pulların hansı yolla əldə olunmasıdır. Halal, yoxsa xalqın, millətin pulundan, büdcəsindən oğurlanıb?! Mahir Abbaszadə nəzərə almalıdır ki, millət vəkilidir və hər addımı göz önündədir. Ona görə bunun hesabını verməlidir ki, saatı hardan və necə alıb. Aidiyyəti qurumlar bu işlə məşğul olmalıdır. Görəsən, bu adam bu qədər vəsaiti hardan əldə edib?!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar