Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mövlud Mövlud necə intihar edib? - TƏFƏRRÜAT

Tarix: 16-03-2017 13:56     Baxış: 31 719 A- / A+
Mövlud Mövlud necə intihar edib?


Bakıda baş verən növbəti intihar hadisəsi cəmiyyəti sözün həqiqi mənasında şoka salıb. Səbəb intihar edənin jurnalistikada və ədəbi aləmdə imzası ilə tanınmasıdır.

Manevr.az xəbər verir ki, teleqraf.com saytının redaktoru olan gənc yazarın niyə intihar etməsi günün əsas mövzusuna çevrilib. Mərhumun dostları Lent.az-ın əməkdaşı ilə söhbətində Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər. Onlar son günlərdə Mövludla görüşmək üçün can atsalar da, gənc yazar hər dəfə görüşməkdən imtina edirmiş. Həyat yoldaşı ilə münasibətinin pozulması, Binəqədi rayonundakı bina yanğınında aldığı ağır psixoloji travma onu depressiyaya salıbmış. Bu azmış kimi, yanğında zərərçəkmiş kimi Mövludun və ailəsinin almalı olduğu maddi kompensasiyanın bəzi şəxslər tərəfindən ələ keçirilməsi onda ciddi gərginlik yaradıbmış.

İş yoldaşları bildiriblər ki, Mövlud Mövlud dünən də həmişəki kimi ofisdə deyib-gülüb, dostları ilə zarafatlaşıb. Axşam isə kirayə yaşadığı evə gəlib. Gecə saat 01:30 radələrində isə evin yaxınlığında, iş yerinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olan Mövlud sonuncu - 17-ci mərtəbəyə qalxıb və gödəkçəsini çıxararaq, özünü oradan atıb. Qeyd edək ki, Mşövlud Mövlud teleqraf.com saytının əməkdaşı olub. Mühafizəçilər onun nəşi aparıldıqdan sonra cibindən düşmüş 55 qəpiyi, alışqanı və açarı götürüb, gözətçi budkasına təhvil veriblər.

Maraqlıdır ki, Mövludun kirayə yaşadığı mənzilin qapısına kağızdan hazırlanmış ürək fiquru yapışdırılıb.

Gənc yazarın intihar etməsinin şahidi olan şəxs kulis.az-a deyib ki, Mövlud gecə blokda siqaret çəkirmiş: “Birdən tappıltı səsi eşitdim. Qarovulçu sürətlə səs gələn tərəfə qaçıb. Mən də heyrətləndim ki, axı nəyə görə o, belə təlaşla qaçdı. Mən də qarovulçunun dalınca getdim. Gördüm, yerdə gənc bir oğlan var. Ayağında da ayaqqabısı. Ağzından qan axırdı. Onu heç kim tanımadı. Bizim binada yaşamırdı. Görünür, intihar etmək üçün bura gəlibmiş. Səhər xəbərlərdə onun Mövlud Abdullayev olduğunu gördüm”.

Xatırladaq ki, ötən gecə intihar etmiş gənc yazar Mövlud Mövludun cənazəsi morqdan çıxarılıb və dəfn olunmaq üçün doğulduğu Qazax rayonuna aparılıb.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar