Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda xəstəxanada qəzada yaralanan tələbədən 5 min manat istədilər

Tarix: 16-03-2017 13:49     Baxış: 5683 A- / A+
Sumqayıtda xəstəxanada qəzada yaralanan tələbədən 5 min manat istədilər


Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan biri, Aytən Quluzadənin anası Azərbaycan dövlətindən yardım istəyir.

Manevr.az-ın xəbərinə görə, Aytən Quluzadənin anası Rima Səfərova aznews.az-a açıqlamasında Sumqayıt şəhər Travmotologiya Xəstəxanasından narazılığını dilə gətirib. Onun sözlərinə görə, hadisə günü Quluzadə Aytən ağır dərəcəli kəllə-beyin travması alıb: “Elə həmin gündən Sumqayıt şəhər Travmotologiya Xəstəxanasına yerləşdirilib. O gündən etibarən burada müalicə alır. Amma adı müalicədir, baxan yoxdur. Mən də bunu görəndə şikayət etdim. Dəli deyildim ki, şikayət edəm. Aytənə baxılmağından narazı idim. Dedim ki, burada vaxt itirməyə dəyməz. Özəl klinikalardan danışdım. Məndən Aytənin müalicəsi üçün 5 min manat pul istədilər. Mənim də buna imkanım yoxdur. Məcbur olub dövlətə sığınıram.”

Rima Səfərova qeyd edib ki, Aytən Quluzadəyə edilən diqqətsizliyə görə, onu xəstəxanadan çıxarmaq istəyib: “Onsuz da baxan yoxdur, daha burada niyə vaxt itirirəm. Şikayətdən sonra isə həkim gəlib Aytəni müayinə etdi. Dedi ki, “sən nə danışırsan, bu xəstə evə buraxıla bilməz. Hələ müalicə olunmalıdır”-deyə Aytəni 1 saylı Şəhər Klinik Xəstəxanasına köçürüləcəyini bildirdi.”

Martın 9-da Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 6 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar