Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin – FOTO

Tarix: 15-03-2017 10:01     Baxış: 1241 A- / A+
“Instagram” istifadəçilərinin nəzərinə: Parolları dərhal dəyişin


“ESET” şirkətinin mütəxəssisləri “Instagram”dan istifadəçi məlumatlarını oğurlayan 13 zərərli tətbiqi aşkar ediblər.

Tətbiqlər guya, “Instagram”dakı izləyici, bəyənmə və şərh sayını artırmaq üçün nəzərdə tutulub.

İstifadəçilər isə bu ümid ilə həmin tətbiqləri yükləyiblər. Siyahıdakı tətbiqlərdən hər hansı birini yüklədikdən sonra istifadəçi öz login və şifrəsini, tətbiqdə qeyd edib heç nədən şübhələnmirdi.

Həmin məlumatlar isə hakerlərə sadə mətn formatında çatırdı. Sözügedən virus “Android /Spy.Inazigram” adını alıb. Lakin məsələ burasındadır ki, istifadəçi öz login və şifrəsini düz qeyd etsə belə, tətbiq onun səhv olduğunu bildirir.

Bu, onunla əlaqədardır ki, “Instagram” istifadəçiyə, planlaşdırılmamış giriş barədə xəbər verir.
İstifadəçi isə öz növbəsində, “Instagram”da şübhə yaratmamaq üçün hakerlərin adından öz məlumatlarını təsdiqləyir.

Mütəxəssislər qeyd ediblər ki, sözügedən tətbiqləri, əsasən, “Instagram” səhifələrinin izləyici sayını qaldıran saytlar yükləyiblər.

Hack olunmuş istifadəçi səhifələrinin vasitəsilə digər istifadəçilərə spam göndərilir və izləyici, bəyənmə və şərh artırma paketləri satılır.

Hal-hazırda sözügedən tətbiqlər, “Google Play”dən pozulub. Əgər siz siyahıdakı tətbiqlərdən hansınısa yükləmisinizsə, onda dərhal öz “Instagram” istifadəçisinin şifrəsini dəyişin. “Technote”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar