Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyadan Türkiyəyə ZƏRBƏ - "Erməni soyqrımı" abidəsi ucaldırlar

Tarix: 15-03-2017 09:52     Baxış: 2375 A- / A+
Almaniyadan Türkiyəyə ZƏRBƏ


Almaniyada Köln Böyükşəhər Bələdiyyə İdarəsi "Erməni soyqırımı" xatirə memoreal abidəsinin ucaldılmasına razılıq verib.

Milli.Az xəbər verir ki, Köln Böyükşəhər Bələdiyyə Məclisi Komissiyasının çıxardığı qərara görə abidə Lehmbaçer Veg qəbiristanlığında ucaldılacaq.

Ümumilikdə 5 min üzvü olan Köln Erməni-Xristian Cəmiyyətinin "Yaşıl Sahə" Komissiyasına müraciəti ilə gündəmə gələn "soyqırım" xatirə memoreal abidəsinin ucaldılacağı qəbiristanlıqda dəfn edilənlərin əksəriyyəti müsəlmanlardır.

Köln Türkləri Həmrəylik və Təşəbbüs Platformasının sözçüsü Levent Taşkıran bu qərara sərt reaksiya verib. "Soyqırım" abidəsinin ucaldılacağı qəbiristanlıq qarşısında açıqlama edən Levent Taşkıran "Platforma olaraq bu mövzunu təxminən iki ildir təqib edirik. Köln Bələdiyyəsi və Kölndəki siyasi partiyalarla lazımlı danışıqlar apardıq. Amma təəssüf ki, Baş Komissiya bizim fikrimizi öyrənmədən, əleyhimizə qərar çıxardı" deyib.

Qərarın siyasi olduğunu vurğulayan Taşkıran sözlərini davam etdirib: "Görüşlərdə biz hər tərəfdən insanların öldüyünü və onların bərabər olaraq xatırlanması lazım olduğu təklifini təqdim etdik. Buna da müsbət yanaşılmadı. Bu qərar buradakı türklərə hörmətsizlikdir. Bu qərarı tanımırıq və antidemokratik hesab edirik".

Köln Başkənd Bələdiyyə Məclis üzvü Malik Karaman (SPD) DHA-ya etdiyi açıqlamada onun qərarın verildiyi Baş Komissiaya aidiyyətinin olmadığını ifadə edib. Karaman alınan qərarın qəti olduğunu və tətbiq olunması üçün başqa bir səs verməyə ehtiyac olmadığını açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar