Xəbər lenti
Qənbər Şəmşiroğlu vəfat etdi
Aşıq Şəmşir ocağına ağır itki üz verib.
Manevr.az xəbər verir ki, təkcə Kəlbəcərdə deyil, bütün Azərbaycanda nüfuz, hörmət sahibi olan, şair, yazıçı, ictimai xadim, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu bu gecə 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. Q. Şəmşiroğlu uzun illər müxtəlif vəzifələrdə çalışmış və ictimai işlərdə fəal olmuşdur.
Rəhbəri və qurucusu olduğu "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil etmişdir. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”, “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.
Qənbər Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Dədə Şəmşir yaddaşlarda" (xatirələr), "Gədəbəy xatirələri","Axtarıb Şəmşiri görmək istəsən", "Oğul gərək oğul olsun"(şeirlər, dastanlar, hekayələr), "Ömrün işıqlı anları","Dostlar unutmaz məni", "Birdə görüşərik", "Kəlbəcər: ömrüm, həyatım", "Tale oxşarlığı" (rus dilində), "Hələ vurur ürəyim" adlı kitabların müəllifidir.
Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Q.Şəmşiroğlu "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalı ilə təltif edilib. Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi müstəqil Azərbaycan dövləti tərəfindən 18 oktyabr 2011-ci ildə "Tərəqqi" medalı ilə dəyərləndirilib.
Manevr.az olaraq, Qənbər Şəmşiroğlunun vəfatı ilə əlaqədar əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlı verir, Allahdan səbr diləyirik. Allah rəhmət eləsin! Ruhu şad olsun!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar