Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Fransa Senatı Azərbaycan və Ermənistan deputatlarının görüşünü planlaşdırır

Tarix: 13-03-2017 15:58     Baxış: 4338 A- / A+
Fransa Senatı Azərbaycan və Ermənistan deputatlarının görüşünü planlaşdırır


“Yaxın gələcəkdə Fransa Senatında Azərbaycan və Ermənistan parlamentinin deputatlarının görüşünün keçirilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Fransa Senatının sədri ilə görüş olub və onun bu məsələdəki müsbət rəyi alınıb: “Hesab edirik ki, bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu, hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar”.

A.Reyşar deyib ki, parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilmişdi: “Lakin görüş baş tutmamışdı. Əsas gözləntimiz dondurulmuş statusa malik münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilməsidir. Münaqişə Azərbaycanda stabilliyə çox mənfi təsir göstərir. Bu da regionda gərginliyin hökm sürməsinə səbəb olur.

Gözləntimiz görüşdə sadalanan neqativ halların aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar