Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qara piar kampaniyası davam edir"

Tarix: 11-12-2021 15:58     Baxış: 3768 A- / A+
Hikmət Hacıyev:
"Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim".
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda juranlistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir: "Müasir dünyada ölkələrin brendinin yaradılması tendensiyası da strateji kommunikasiyanın tərkib hissələrindən biridir. Gördüyümüz kimi, müharibədən sonrakı dövrdə də Ermənistanın Azərbaycana qarşı təbliğatı, qara piar kampaniyası davam etməkdədir. Azərbaycanı tamamilə başqa formada təqdim etməyə çalışırlar. Ona görə də Azərbaycan dünyaya milli brendi ilə daxil olmaqdadır. Artıq Azərbaycan Erməsitanın törətdiyi vəhşiliyə, dağıntılara cavab olaraq Qarabağı cənnətə çevirəcək yeni quruculuq işlərinə başlayıb və bütün dünya bunu görür. Bu da strateji kommunikasiyamızda Prezident İlham Əliyev tərəfindən müəyyən olunan yeni çalarları özündə əks etdirir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar