Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya nə vaxt dağılacaq?

Tarix: 11-12-2021 12:22     Baxış: 21 388 A- / A+


Rus rejissorun Putinlə görüşdə dedikləri sensasion fikirllər və prezidentin reaksiyası haqda...


Birbaşa mətləbə keçirəm: Putin Rusiyası demokratik ölkədirmi? Bu suala birmənalı cavab vermək çətindir, amma etiraf edək ki, bəzi hallarda bu ölkədə görüb-eşitdiklərinə yaxşı mənada təəccüblənməyə bilmirsən. Mən Azərbaycan telekanallarının bəzilərini bloklamışam, çünki baxılası deyil, nə normal müzakirə var, nə maarif, hətta nə də mədəniyyət...
rus-sokurov.jpg (18 KB)
Dekabrın 9-da Vladimir Putinin Prezident yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşündə müzakirə edilən məsələlər barədə də təbii ki, Rusiya telekanallarından xəbər tutdum. Prezident ölkədə baş verənlərlə bağlı təkcə nazirlərin, köməkçilərinin deyil, birbaşa vətəndaş cəmiyyətinin, ziyalıların, hüquq müdafiəçilərinin rəyini dinləməsi yaxşı təcrübədir, istənilən hakimiyyət üçün də faydalıdır. Rusiyada daxili problemlər yetərincədir-insan haqlarının vəziyyətindən tutmuş ən müxtəlif azadlıqlara qədər... Amma zənnimcə, Putinin üstünlüyü budur ki, o, istənilən problemi dinləməkdən yayınmır, onları eşidir və təbii ki, razılaşmadıqları məqamları dilə gətirir.
Diqqətimi çəkən həmin görüşdə prezident həbsxanalarda baş verən işğəncə faktlarını, vətəndaş cəmiyyəti təşkilatlarının və medianın başı üzərində “xarici agent”elan edilməsi təhlükələri barədə şura üzvlərinin rəyini dinlədi. Görüşə isə Putinlə kinorejissor Aleksandr Sokurov arasında müzakirələr damğa vurdu.
***
bbb.jpg (117 KB)
İki gündür Rusiya mediası bu mövzuda yazır. Amma bu məsələ bizim diqqətimizə iki məqama görə layiqdir. Birincisi, Putin Rusiyası ilə Azərbaycanın qarşıda görəcəyi çox iş var. İkincisi, Azərbaycan ictimai rəyində “Rusiya dağılmasa, xeyri yoxdur” deyə, əslində, tam da anlaşılmayan rəylər var. “Niyə anlaşılmayan”, bu barədə sonra ətraflı düşünməyə, rəy bildirməyə zamanımız olar. Amma indi Putin “Rusiyanı dağılması haqda nə düşür” sualına fokuslanaq, cavabı özündən dinləyək.
***
Öncə deyim ki, Aleksandr Sokurov Rusiyada o qədər sevilən, ənənəvi patriot kinorejissorlardan deyil. Rusiya və rus adamı haqda düşündükləri ilə daima diqqəti üzərinə çəkib. Məsələn, o müsahibələrin birində “Bizdən həqiqətən qorxurlar. Bizi sağlam düşüncəli partnyor hesab eləmirlər” deyərək rus xalqına yönəlik tənqidlər etmişdi: “Qoşunlarımızın ölkə sərhədlərindən kənara çıxması məsələsi müzakirə olunanda Moskvada nümayiş keçirilmişdi. Yüz minlərlə insan əllərində plakatlarla ölkənin hərbi fəaliyyətini dəstəkləyirdi. Bilirsiniz, onlar, əsasən, kimlər idi? Qadınlar. Rus qızları, qadınları öz oğullarını, sevimli ərlərini müharibəyə göndərməyə hazırdılar. Mən "Frankofoniya" filmimdə siyasətin nəyin bahasına başa gəldiyi, onu bizə necə sırıdıqları və əvəzini hansı valyuta ilə ödədiyimizi araşdırmışam. Həmin valyuta insan həyatıdır. Siyasətçilər xalqla onun öz həyatı hesabına ödəşirlər. Siz buna səs vermişdiniz? "Böyük dövlətə" sahib olmaq istəyirdiniz? İstədiyinizi aldınız. Nə olsun ki, müharibə almısız. Nə olsun ki, qardaşınızı, ərinizi öldürüblər. Belə baxanda dul qadın statusu son dərəcə nəcib statusdu. Başa düşmək lazımdı ki, rus xalqının özündən böyük düşməni yoxdur.” Maraqlı fikirlər deyilmi?
***
1637246067_putin.jpg (18 KB)
Prezidentlə görüşdə də Sokurov necə deyərlər “dilini dinc qoymayıb”. Onun Rusiyada milli muxtariyyətlər haqda dedikləri isə ciddi müzakirələrə səbəb olub. Bu sitata diqqət edək: “Bolşeviklər zamanında bütün yumurtalar(milli subyektləri nəzərdə tutur) bir səbətə yığıldı və bu müddət ərzində oradan toyuqlar, qartallar, dəvəquşular, pişiklər çıxdı... Allah bilir, daha kimlər...” Kinorejissor milli subyektlərdən danışarkən meydana “padşahlar çıxdığını”(yəqin ki, Ramzan Kadırovu nəzərdə tutur-N.S) deyərək davam edib: “Qafqaz monomilliləşir! İndi orada ruslar demək olar ki, yoxdur! Bütün hakimiyyət yerli xalqın əlindədir, amma inkişaf azdır və ya demək olar ki, heç yoxdur... Qafqazda bir çox gənclər mənə açıq deyirdilər: “Siz ruslar həqiqətən hörmətə layiq deyilsiz”. Dağıstanda hətta iqtisadi problemlər yarananda zarafatlaşırlar: “Heç nə olmaz, rus kəndlisi gəlib işləyəcək!”. Sonra da davam edirlər: “Hamı ilə dava edirsiz, bürokratiyanın, korrupsiyanın öhdəsindən gələ bilmirsiz. Siz sahib olduğunuz varlı sərvətlə qlobal iqtisadiyyat yarada bilməzsiniz. Bizim dinlərimiz fərqlidir və iqlimimiz daha yaxşıdır. Əgər siz NATO ilə döyüşsəniz, biz sizin tərəfinizdə vuruşmayacağıq””.
Sokurov bundan sonra əsl “bomba”nı partladıb: “Gəlin, artıq bizimlə eyni vəziyyətdə yaşamaq istəməyən hər kəsi azad buraxaq, onlara, bütün padişahlarına uğurlar arzu edək”.
***
put.jpg (55 KB)
Bu çıxışın Putini gərginləşdirdiyi hiss olunub. O, öncə deyib ki, rejissor uzun çıxışına görə üzr istəməkdə haqlıdır, çünki onun çıxışında “üzr istəmək üçün çox şey var”. Putin SSRİ konstitusiyasını yada salıb, orada hər bir respublikaya ittifaqdan çıxmaq hüquq verildiyini xatırladıb və mətləbi Rusiya üzərinə gətirib: “İndi isə bizim vahid dövlətdən çıxmaq hüququmuz yoxdur. Dedin ki, bizimlə yaşamaq istəməyən hər kəsi azad edək. Sən hardan bilirsən ki, kim bizimlə yaşamaq istəyir, kim istəmir?!” Sokurov isə görünür, referendum hüququna işarə edərək replika verib: “Gəlin, yoxlayaq!”
Putin isə deyib ki, son konstitusiya səsverməsində milli respublikaların aktiv iştirakı artıq onların federasiyaya mövqeyidir: “Görün insanlar necə səs verir. İndi bunu istədiyiniz kimi və istədiyiniz qədər müzakirə edə bilərsiniz. Amma sizi əmin edirəm ki, insanların böyük əksəriyyəti fərqli hərəkət etsələr, nə ilə qarşılaşacaqlarını başa düşürlər. Yeri gəlmişkən, çeçen xalqı bunu Qafqazda hamıdan yaxşı bilir. Müxtəliflikdən danışırsınız, Dağıstanı misal çəkdiniz. Dağıstan çoxmillətli respublikadır. Nə təklif olunur - bütün Dağıstanı bölmək? Yaxud Qaraçay-Çərkəz. Qaraçaylarla Çərkəzləri ayıraq? “
Putinin dediyi bu fakt da çox maraqlıdır. Prezident deyib ki, ölkədəki “milli subyektlərdə qarşılıqlı 2 min ərazi iddiası var!” Putin getdikcə daha da əsəbi ton alıb, həssas mövzuların bu cür müzakirəsinə qarşı olduğunu deyib: “Bu haqda səthi olaraq bütün ölkədə hətta sizin danışmağınız belə yolverilməzdir! Sizi inandırıram, bunlar təhlükəli oyuncaqlardır, biz bu mərhələdən keçdik...”
Əlavə şərh vermədən, Putinin haqlı olub-olmamasına özünüz qərar verin...musavat.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar