Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bütöv Azərbaycan Ocaqları Baxçalının Ərdoğana verdiyi xəritəyə irad bildirdi - ŞƏKİL

Tarix: 26-11-2021 13:58     Baxış: 3681 A- / A+
Bütöv Azərbaycan Ocaqları Baxçalının Ərdoğana verdiyi xəritəyə irad bildirdi - FOTO
Bu günlərdə Türkiyə Milliyyətçi Hərəkat Partiyası başqanı Dövlət Baxçalının Türkiyə Prezidentinin iqamətgahında hörmətli Rəcəb Tayyib Ərdoğana bağışladığı Türk Dünyası xəritəsi dünya mətbuatında, özəlliklə Türk Cümhuriyyətlərində və başqa türklər yaşayan bölgələrdə geniş müzakirə və coşquya səbəb olub. Özəlliklə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə görüşündən sonra baş vermiş bu hadisə dünya mediasında özəl bir mesaj kimi dəyərləndirilib, bütün dünyadakı müstəqil və müstəqil olmayan türkləri coşdurub, türk düşmənlərini də çox narahat edib.
Bu barədə Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli mətbuata açıqlama yayıb. Bildirib ki, bu xəritədə müstəqil türk dövlətlərilə yanaşı, daha çox türklər yaşayan şəhərlərin yer alması xüsusilə İranda yaşayan soydaşlarımız tərəfindən sevinc və coşquyla qarşılanıb.

“Onlarda bütöv Türk Dünyasının gələcəyinə böyük ümidlər doğurub. Qeyd etməliyik ki, keçən il Türkiyə və Azərbaycan dövlətlərinin birgə əməkdaşlığı fonunda baş vermiş Qarabağ zəfərinin də türk dünyasının birlik və bütövlüyünə olan ümidlərin yaranmasında ayrıca yeri və önəmi var.
Biz Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq qurulmaqda olan Türk Dünyasının gələcək konturlarını bütün dünyaya elan edən hörmətli Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıya öz minnətdarlığımızı bildirməklə yanaşı, bu xəritədə özünü göstərən bir anlaşılmazlıq haqqında narahatlığımızı dilə gətirmək istərdik. Tarixdən və bizim tərtib etdiyimiz xəritədən bəlli olduğu kimi, Azərbaycanın güneyinin sərhədləri Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının sınırlarından başlayaraq Tehran və Həmədan şəhərinə qədərki bütün əraziləri əhatə edir. Təəssüf ki, sayın Baxçalının sayın Ərdoğana hədiyyə etdiyi xəritədə Azərbaycanın güneyinin coğrafiyasına yalnız Zəncana qədərki ərazilər daxil edilib, Qəzvin, Savə, Tehran, Kərəc, Həmədan və s. tarixi türk bölgələri kənarda qalıb. İranın coğrafiyasına bələd olan hər kəs bilir ki, adları çəkilən şəhər və bölgələrdə yaşayan əhalinin çoxu türklərdir və onlar bütün rəsmi qadağalara baxmayaraq, öz ana dillərində – Azərbaycan türkcəsində danışırlar. Təkcə İranın başkəndi Tehran şəhərində ən azı 8-9 milyon soydaşımız yaşamaqdadır.
Biz Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq həmin xəritədə yer alan bu anlaşılmazlığa hər iki böyük dövlət adamının diqqətini çəkmək və gələcək fəaliyyətlərində bu kimi məsələlərdə xüsusilə həssas olmalarını bir daha vurğulamaq istəyirik”.publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar