Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Balam 2 oturacağın arasında qalıb, beyni partlayıb" - Qəzada ölən nişanlı qızın anası FƏRYAD ETDİ - FOTO

Tarix: 10-03-2017 15:15     Baxış: 7342 A- / A+
"Balam 2 oturacağın arasında qalıb, beyni partlayıb"



Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək, sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış, Rozaya gəlin otağı bəzənmişdi.

Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu. 20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil ölüm xəbəri əzizlərinin, doğmalarının belini bükdü. Roza Muradovanın cənazəsi Hövsan qəsəbəsindəki baba ocağından son mənzilə yola salınacaq.

Dəhşətli mənzərədir. İnsanın qanı donur. Rozanın anası onun ölümündə özünü qınayır. Büllurə xanım deyir ki, qızı həmin gün heç dərsə getmək istəmirmiş.

"Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən. Dedi, nəsə getmək istəmirəm. Könülsüz qalxdı. Mənə dedi ki, ay ana, bayramın səhərisidi, gəl de görüm, nə geyinim ki, qəşəng görünüm. Dedim ay qızım, sən onsuz da gözəlsən, nə geyinsən yaraşacaq. Düz 1saat sonra atasına zəng etdilər ki, qızınızın olduğu avtobus qəzaya uğrayıb, Roza yaralanıb. Yoldaşımla başılovlu çıxdıq. Sən demə, bədbəxt balam, iki oturacağın arasında sıxışıb qalıb, beyni partlayıb”.

Əmisinin yoldaşı Aydanə gözyaşları içərisində Rozadan danışır:

“O, mələk kimi qız idi, elə mələk kimi də uçub getdi. Deyib-gülən, zarafatcıl, həyat eşqi ilə yanan bir qız idi Roza… Xətrini o qədər çox istəyirdik ki, onu görəndə həmişə gülürdük. Həmişə xoşbəxt gələcək barəsində düşünürdü. Deyirdi, institutu qurtarıb işləyəcəm, gözəl ailəm, övladlarım olacaq. Yazıq bala, arzuları ürəyində qaldı. Atası dünəndən ruh kimidir. Deyir ki, məni də qızımla bərabər basdırın”.

Doğmaları Rozadan ayrıla bilmir. Tükürpədən mənzərəni gözyaşlarsız seyr etmək mümkün deyil. Cənazənin altına bəy otağı qara bəzənən Zakir girib. 17 yaşlı İsa isə bundan sonra dünyalar qədər sevdiyi bacısının – Cənnət quşu Rozanın şəkilləri ilə yaşayacaq. Ruhu şad olsun.(yenicag)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar