Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkənin prezidenti hakimiyyətdən kənarlaşdırıldı

Tarix: 10-03-2017 09:21     Baxış: 4499 A- / A+
Bu ölkənin prezidenti hakimiyyətdən kənarlaşdırıldı
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iri korrupsiya qalmaqalı ilə bağlı verilən impiçment qərarı ötən ilin dekabrın 9-da parlament tərəfindən qəbul edilib.

Konstitusiya Məhkəməsinin qərarı Cənubi Koreyanın YTN telekanalının efirində elan edilib. Məhkəmənin 8 üzvünün hamısı impiçmenti dəstəkləyib.

Pak Kın Xe dövlət idarəçiliyindən tamamilə kənarlaşdırılacaq. Ölkədə 60 gün ərzində vaxtından əvvəl prezident seçkilərinin keçiriləcəyi gözlənilir. İmpiçmentin olmayacağı təqdirdə prezidentin səlahiyyətləri 2018-ci ilin fevralında başa çatacaqdı.

Ölkədə prezident səlahiyyətlərini hazırda baş nazir Xvan Qe An icra edir.

Qeyd edək ki, ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.

Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreyanın korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar