Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qəzada ölən İbrahimin SON SÖZLƏRİ - Ata, bayrama evdəyəm...

Tarix: 09-03-2017 17:14     Baxış: 7507 A- / A+
Qəzada ölən İbrahimin SON SÖZLƏRİ


Bu gün Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri – Sumqayıt Universitetinin tələbəsi İbrahim Nəsibovun cənazəsi bu dəqiqələrdə doğulduğu Cəlilabad rayonuna aparılır.

Yeniçağ.az mərhumun qardaşı ilə əlaqə saxlayıb, O, şok keçirtdiyi üçün danışa bilmədiyini deyərək, telefonu bibisinə verib.

Göz yaşları içərisində İbrahim haqqında danışan bibisi dünən axşam onunla son dəfə görüşdüyünü deyib:

“1997-ci ildə doğulmuşdu. Qardaşımın belini bükdü, İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-ünü, axır çərşənbəni sizinlə keçirəcəm, bayramı isə atamın yanında, rayonda olacam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.

Bibisinin dediyinə görə, İbrahimin ölüm xəbərini atasına telefonundan götürülən nömrə vasitəsiylə çatdırıblar:

“İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atısını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirib. İndi biz onu maşınla rayona dəfn etməyə aparırıq. Bu elə bir dəhşətdir ki, bu bəlanı ömür boyu unutmarıq”.

Dəfn mərasimi sabah Cəlilabadda keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar