Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sıraya dönməyəcək ana -11 yaşlı qızın faciəsindən Səbuhi Məmmədli yazır...

Tarix: 06-11-2021 22:19     Baxış: 3518 A- / A+


Sıraya dönməyəcək ana:   Lent.az 11 yaşlı qızın faciəsindən yazır...

Ötən ayın sonunda İmişli şəhər 1 saylı məktəb-liseydə 5-ci sinif şagirdləri arasında şeir müsabiqəsi keçirilir. Məktəb rəhbərliyinin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə müsabiqədə yer tutan şagirdlər mükafatlandırılır...
Əslində, bu yazını hansısa şeir müsabiqəsi ilə başlayası deyildik. Nə dəxli var axı? Hə, əslində nə dəxli şeirə, müsabiqəyə. Həmin sinif şagirdləri arasında isə, elə həmin müsabiqədə, o adını bilmədiyimiz, indi adı bütün ölkəylə bir olan o qız, qız yox, qızcığaz da ola bilərdi. O da şeir deyər, - bəlkə də hamıdan yaxşı, bəlağətlə, səlis - mükafat da alardı. Amma tale onu çox pis “mükafatlandırmışdı”. Çox pis, ağır, ömrü boyu unuda bilməyəcəyi bir “mükafat”la. Düz, 7 ay əvvəl… 
*

Açığı, İmişliyə tamam başqa bir yazının mövzusuyla bağlı getmişdik. 27 il əvvəl baş vermiş, bir yandan qandonduran, bir yandan şərəfli bir olayın iziylə. Görüşdüyümüz, söhbət etdiyimiz şəxslərin danışdıqları doğrudan da Azərbaycan mediasında bir ilk, uzun müddət müzakirə mövzusu olacaq. Amma bu gün nə yazıq ki, müzakirə mövzusu tam başqadır… 
Oktyabr ayının 27-də İmişli rayon sakini Günay Şükürova 11 yaşlı qızını götürərək qayınatasının evinə gətirib. O, evdəkilərə bildirir ki, uşağın qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır. 
Səhəri uşağın nənəsi Sənubər Şükürova onu götürərək həkimə gedir. Və müayinə zamanı nənə şok yaşayır. Məlum olur ki, 11 yaşlı nəvəsi 31 həftəlik hamilədir. Düz 7 aydan çoxdur… 
Bəs necə? 
Kimdən? 
Bu suallar arasında vurnuxmağa çox vaxt getmir. İlk şübhəli şəxs kimi qızın atalığı sayıla biləcək Qurban Fərəcov müəyyən edilir. Bəs niyə atalığı sayıla biləcək yazdıq? Hə, söhbət ondan gedir ki, 11 yaşlı qızın atası , Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. O, bir il beş ay ər evində qalır. Bu müddətdən sonra atasının evinə yollanır. Az keçmiş isə Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi yaşayır. Elə dəhşət də bundan sonra başlayır. 
Günay Qurbanla təsadüfən, bazara telefonunu satmağa gedərkən tanış olub. Bazar deyəndə ağlınıza ənənəvi meyvə-tərəvəz bazarı gəlməsin. Rayon bazarlarında müxtəlif malların satıldığı xeyli dükan da fəaliyyət göstərir. Qurban İmişli bazarında, mahnı diskləri, mobil telefon hissələri, aksesuarları satırmış. Xırda bir dükan imiş. 
İlk dəfə elə orada görüblər bir-birini. Bundan sonra münasibətləri başlayıb. Qurban ona söz verib ki, heç nədən korluq çəkməyəcək. Onun hər nazıyla oynayacaq, bir sözlə xoşbəxt edəcək. 
Amma rəsmi nikaha girmirlər. Çünki Qurban rəsmən öz xalası qızıyla nikahdaydı. Qərara gəlirlər ki, molla kəbini ilə bir yerdə yaşasınlar. Nəticədə Qurban Günaya ev tutur. Bunu bizə adının çəkilməsini istəməyən, amma Qurbanı, onun rayonun Çaxırlı kəndindəki ailəsini yaxşı tanıyan İmişli sakini danışır. 
Və bu yerdə bir maraqlı məqamın üstünə çıxırıq. Sən demə, Qurban çox imkanlı adam imiş.

Adamın BMW makalı bahalı maşını, bahalı həyat tərzi keçirirmiş. Tez-tez Azərbaycanın bu və ya digər əyləncə mərkəzlərinə, istirahət düşərgələrinə gedib dincələrmiş. Yox, Günayı təbii ki oralara aparmazmış. Günay elə kasıbçılığını edərmiş. Onun bunun qapısında, əkin sahələrində çalışarmış. 
Bəs, haradandı bahalı maşına, həyat tərzinə tapılan bu pullar? Dənəsi bir manata disk satmaqlamı? Axı bu diskin ən azı 60-70 qəpiklik bir maya dəyəri də var axı? 
Elə o pulların mənbəyi barədə də rayon sakinləri danışır: Qurban külli miqdarda pul verirdi sələmə.
“O, disk satılan balaca dükan isə sadəcə gözdən pərdə asmaq üçünmüş. Öz puluydu, ya başqalarının, deyə bilmərik. Amma iş ondadır ki, məhz sələmçiliklə o qədər imkanı qazanmışdı Qurban”. 
Və günlərin bir günü həmin o pul, var-dövlət onun tamahına başqa bir məqamda  güc gəlir. Qızlığı sayılacaq 11 yaşlı uşağı zorlayır. Anasının çöldə olmasından istifadə edir, ona dərman içirdir. Qız ayılanda özünü paltarsız görür. Baş verənlər barədə anasına, nənəsinə deyəcəyini bildirir. Qurban isə ona hədə-qorxu gəlir. Beləcə, yazıq qızcığaz susur. Düz 7 ay. 7 aydan sonra baş verənləri isə yuxarıda qeyd etdik. 
Sonradan, lap sonradan  zavallı körpə nənəsinə etiriaf edəcəkdi ki, sən demə, Qurban onunla bir neçə dəfə cinsi əlaqədə olubmuş...
“Qızımın qarnına su yığılıb”. Belə deyib qayınatasıgilə gətiribimş qızını Günay. Amma Günayı tanıyanlar iddia edirlər ki, baş verənlərdən onun xəbəri olub. Sadəcə, elə məhz Qurbanın qorxusundan olayları gizlədib. Necə aparaydı həkimə? Bu dəhşəti həkimlərə nə ilə izah edəcəkdi? Dəhşətli həm də bilirsinizmi nədi? Əsəbləriniz zəifdisə, bu cümləni oxumayın, buraxın getsin. 11 yaşlı qız hamilə qaldığı, zorlandığı müddətdə onu məktəbə elə Qurban aparıb gətirirmiş. Hə, indi gözünüzü aça bilərsiniz. Əlidən tutub məktəb gətirir, məktəbin həyətindəki sıra düzülüşünə qoyub gedərmiş. İmişli rayonu, Nəriman Nərimanov adlı 1 saylı məktəbə. Təsəvvür edə bilirsiniz?
Elə həmin məktəbdən danışaq. Bu 7 ay ərzində qızın nə müəllimləri, nə sinif rəhbəri, nə də məktəbin hələ direktor əvəzi işləyən rəhbər şəxsi, Ülviyyə Hüseynovanın da xəbəri olmayıbmı bu arıq, çəlimsiz qızdan? Qızın halından? Bu qadınlar, bu arıq, çəlimsiz qızın günü gündən şişən qarnına hiss etməyiblərmi? 

Ülviyyə Hüseynovanı dəflərlə aradıq. Bu yazı hazırlayarkən də gün boyu dəfələrlə ona zəng etdik. Cavabı isə belə oldu: “İclasdayam”. Bəs siz məktəbi nə vaxt idarə edirsiniz, hörmətli Ülviyyə xanım? Bəlkə elə bu səbəbdəndir ki, ifadəmə görə üzr istəyirəm, qarnı burnunda olan 6-cı sinif şagirdini nə siz, nə  sinif rəhbəri, nə də müəllimləri görməyib?. Təbii ki heç bir iclasdan söhbət belə gedə bilməz. Söhbət məsuliyyətdən gedir. 11 yaşlı qızcığaz demək olar ki, 28 həftəlik hamiləykən məktəbə gəlib gedir. Bunun fərqindəsinizmi xanım direktor?! 
İmişli rayon Təhsil şöbəsini müdiri Ələmdar Quliyevi arayırıq. Cavab eyni: “Tədbirdəyəm”. 
Bir neçə cəhddən sonra naəlac qalıb deyir: “Mən “Skayp”la danışmışam bu barədə telekanallara. Elə hesab edin, sizə də deyirəm”. 
Nə danışdığını axtarıb tapırıq. Siz də diqqət edin: 

“Ürək ağrısı ilə bildirmək istəyirəm ki, sarsılmışıq. Hüquq-mühafizə orqanlarıyıla əlaqə saxlamışam. Araşdırma gedir. Atalığı ilə birgə bir yerdə yaşayıblar. Bu qız ikinci sinifədək Saatlıda oxuyub, üçdən İmişlidə. Pandemiya ilə əlaqədar dərslər on-line keçirilib. Dərslər bu ilin 29 sentyabrından açılıb. Uşaq 12 oktyabra qədər dərsə gəlib. Azyaşlı, kiçik bədənli olduğuna görə, bu uşaqdan şühələnməyiblər məktəbdə. 12-dən sonra dərsə gəlmədi. 18-də isə məktəb yenidən karantinə bağlandı”. Bu da şöbə müdirinin dediklərinin qısa xülasəsi.
Oktyabrın 12-dək bu arıq, çəlimsiz qız, yəni altıncı sinif şagirdi 28 həftəydi ki hamiləydi. Hörmətli təhsil müdiri, doğrudanmı siz də fərqində deyilsiniz dediklərinizin? Bəs, 11 yaşlı, hə düz oxudunuz məhz 11 yaşlı ananın necə bir daha o sıraya qayıtmayacağının necə?lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar