Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bir yaşın qutlu olsun, igid Vətən oğlu!

Tarix: 04-11-2021 22:58     Baxış: 21 120 A- / A+
Bu gün -noyabrın 4-ü igid Azərbaycan oğlu, Qarabağ fatehlərindən kapitan Elmar Allahverdiyevin dünyaya göz açdığı gündür. 
Bilirsiniz bu igid kəşfiyyat komandiri kimdir? Azərbaycanın gerçək Milli Qəhrəmanı! Dədələrimiz deyib, dostunu göstər, kim olduğunu deyim. Elmar Allahverdiyev Azərbaycanın Milli Qəhramanı, film qəhramanı , savaşçı Rembonun prototipi kimi əfsanəyə çevrilən Mübariz İbrahimovun döyüş – savaş dostu , arxadaşı, çiyindaşı, qan qardaşıdır ! Milli Qəhraman , 44 günlük Vətən Qarabağ savaşını qanı ilə ZƏFƏRə daşıyan, general Polad Həşimovun, canlı əfsanə, polkovnik Tehran Mənsimovun silah-yaraq, döyüş dostu, çiyindaşıdır bu igid! Hələ diş-dırnaqları ilə Şuşa qayalıqlarına dırmanan, keçilməz sədləri Vətən eşqi ilə fəth edən, adı gələndə düşmənin canına vəlvələ düşən Xüsusi Təyinatlı Qüvvələri və onların igid komandanı, Ali Baş Komandana QƏLƏBƏ PARADINDA ZƏFƏR SALAMI verən general-leytenant Hikmət Mirzəyevi demirik. Elmar Allahverdiyev, görün, hansı igidlərlə çiyindaş, səngərdaş, savaşdaş olub!

Şuşa , Qarabağ fəthinə görə ödülləndirilən İgid Vətən oğlunun bu gün təqvimlə 34 yaşı olur, deyəsən. Amma gerçəkdə bizim yaşamımızın , başı dik yaşamımızın yaşı elə bir ildir! Azərbaycan kişisinin doğum günü 8 noyabr 2020-ci ildən hesablanır. Doğum günün qutlu olsun, igid el oğlu! Nə yaxşı doğuldun, nə yaxşı Qarabağda başımızdan saldığımız börkümüzü qaldırıb başımıza qoydun! Nə yaxşı, varsan, yenə də arxa – dayağımızsan ! Səni dünyaya gətirən ANAYA EŞQ OLSUN!

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar