Xəbər lenti
"Nə qədər biz xan idik, xanım oldunuz" - TƏBRİK ƏVƏZİ
"Bu gün Sizin gününüzdür"- deyə bütün zərif cinsin nümayəndələrinə səslənirəm:
-Nə qədər ki, biz bəy idik, bəyim oldunuz. Nə qədər xan idik, xanım oldunuz. Zamanında. Hörmətimiz olduqca hörmətli, sayıldıqca sayqınız vardı. Bir can, iki bədən idik. Amma nə yazıq ki, bəyliyimiz bir günlük oldu. Sizə "bəyim" deməyə də vaxtımız çatmadı.
Xanlığımız uşaq olanacan sürdü. Ondan sonra da siz komandir oldunuz, biz əmrə müntəzir əsgər. Çalışdıq, vuruşduq Sizin iradənizə rağmən. Başqalarına nümunə olsun deyə " xanım"- dedik, xoşagələn olduq. Mədəni olduq. Bəzən də birinə "xanım" deyincə kədərləndi:
-Xanım ola bildim ki? Sən mənə xala, bibi de, ay oğul.-deyə ərini tərs-tərs süzdü. Bəzən də ərk edib, doğma bilib başqa birinə "xala" -dedik.
- "Xala" anondu.-deyə on beş yaşlı qız ağlında qalmış, böyüməmiş, hələ də qız xəyallarını gerçəkləşdirməkdə olan nazlı, canısulu- cavan bir "nənə" ilə üz-göz olduq. Belə-belə çəkişmələrdə getdi ömrümüz, günümüz.
İndi dünyanı idarə edirmiş kimi QADIN oldunuz. Hamınız dayaqlanacaq, güvəniləcək "güclü" bir ərkəyin yanında olmağa tələsdiniz. Nə adamlığını düşündünüz, nə tərbiyəsini. Nə özünü düşündünüz, nə özgəsini. Düşündüyünüz və sahib olmaq istədiyiniz yeganə şey "güc" oldu. "Güclü olmaq zor"- dediniz. Zor da oldu. İndi hökmü-rəvan QADIN oldunuz. Bir ərkək davranışında, bir ərkək donunda. Nə bəyim kimi bəyimliyiniz, nə xanım kimi xanımlığınız, nə də bizi birləşdirən bir canınız qalıb.
Zor oldu bizə, bütün dünyanı ayaqlarınıza sərincə. İstədiyinizi yediniz, istədiyinizi soyundurub, geyindiniz. Hətta, bir canlının qaşıqla döyə-döyə beynini yeyib, həzz aldınız, başqa bir yerdə diri-diri dərisini çıxarıb, kürk deyə geydiniz. Biz nələr yapmadıq Sizin xatirinizə. Hətta Tanrıya belə ası düşdük. Onun yaratdıqlarını öz malımız sandıq. Kimini dikəltdik, kimini yerə yapışanadək əzdik. Kiminin malına çökdük, kiminin ağlına. Kiminin arzusunu zorladıq, kiminin gələcəyini. Biz ərkəklərə "kişi" deyə öydünüz. Amma unutdunuz ki, "kişi" ən əvvəl adam deməkdir. Güc, zor maşını deyil. Siz bizi istədiyiniz kimi "sürdünüz", zorladınız. Amma yeri gəlincə öz zəifliyinizdən, əzaba məruz qaldığınızdan bəhs etdiniz. Bütün qadınları bir cəbhədə birləşməyə sövq etdiniz. Biz də inandıq sizin göstərmə oyunlarınıza. Ürəyimiz qan ağlarkən Sizə yazığımız gəldi. Sizi düşündük. Təki Sizə xoş olsun. Təki Siz razı olun, üzümüzə xoş baxasınız deyə.
Zor oldu yaman. İndi nə üzə çıxası üzümüz var, nə də cənnət olan dünyamız. Çünki hər şeyin sonuna gəldik. Daha biz yoxuq.
Çütləşdik, sevda bildik. Övladımız oldu. "-Sənin uşağındı! Sahib çıx ona!"-deyə hücum çəkdiniz üstümüzə. Varımıza, yoxumuza çökdünüz. Ömrümüzə, günümüzə sahib çıxdınız. Hər nəfəs alıb-verməmizə nəzarət etdiniz. Və sonda uşaq da sizin oldu, yer-yataq da. Biz qaldıq çöldə. Çünki biz yoxuq daha. Kəlmə-kəlmə, zərrə-zərrə elə Siz olmuşuq.
Bəyliyimiz, xanlığımız, bir canlılığımız da qurban getdi sizin xəyallarınıza. Heç kim əlində olanına qane olmaq, şükr etmək istəmədi. Güc hakimiyyət demək... Güc var, öc var. Qan var, qada var. Söz sizin, söhbət sizin. Qayda sizin, qanun sizin.Toy sizin, bayram sizin. Sizə layiq veriləcək heç nəyimiz qalmamış daha. "Qəzanız mübarək!" -deyə bitirirəm sözümü.
Akəm XAQAN
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar