Xəbər lenti
Bir qrup kəlbəcərli ziyalı Prezidentə müraciət etdi:" Eldar Həsənovla birlikdə Sizin yardımçınız olacağıq"
Bir qrup kəlbəcərli ziyalı həbsdə olan keçmiş səfir Eldar Həsənovla bağlı Prezident İlham Əliyevə müraciət etdi:
"Hörmətli cənab Prezident, biz Sizin işğaldan azad etdiyiniz Kəlbəcər rayonundan olan bir qrup ziyalı adından Sizə müraciət etməyi məqsədəuyğun sayırıq. Çünki Siz hər bir vətəndaşa qayğı və diqqətlə yanaşdığınız kimi, bizlər də Sizin bu səmimi münasibətinizi daima öz üzərimizdə hiss etmişik və edirik. Sizin qiymətli vaxtınızı aldığımıza görə bəri başdan üzrxahlıq edirik. Amma bizi narahat edən bir məsələ ilə bağlı məcbur olduq ki, Sizin köməyinizdən yararlanaq. Belə ki, bir ildən artıqdır ki, bizim rayonun yetişdirdiyi, Ulu öndər Heydər Əliyevə, onun layiqli davamçısı Sizə və dövlətimizə sədaqətlə xidmət edən Birinci Qarabağ Savaşının iştirakçısı, sabiq baş prokuror və 20 il Azərbaycanın dörd ölkədə səfiri olmuş Eldar Həsənov bir ildən artıqdır ki, təqsirləndirilən şəxs kimi həbsdədir.
Biz Eldar Həsənovu torpaqlarımıza erməni müdaxiləsi başlayandan və torpaqlarımız işğala məruz qalan dövrdən daha yaxından tanımışıq. Birinci Qarabağ Savaşının ilk günlərindən doğma torpağına, yurduna bağlı bir insan kimi onun torpaqlarımızın müdafiəsi uğrundakı fəliyyəti bizim gözlərimiz önündə olub. Eldar Həsənov hələ Qarabağda erməni seperatizmi başlayan ilk günlərdən Vətənin müdafiəsinə qatılmış, imkanı və səlahiyyəti çərçivəsində əlindən gələn heç bir köməyi əsirgəməmişdir. O, Gəncə şəhər Polis İdarəsinin rəisi işləyərkən ağır mühasirə şəraitində yaşayan Kəlbəcərin müdafiəsinə çoxsaylı silah-sursat və darda olan əhaliyə hər cür yardım göstərmişdir.
Bütün bunlara baxmayaraq o zamankı hakimiyyətin səriştəsizliyi və ordudakı başıpozuqluq üzündən Kəlbəcər rayonu erməni vandalları tərəfindən işğal olundu. Bu qanlı savaşda bir çox övladlarımız, qardaş-bacılarımız şəhid oldular. Torpaqlarımız işğal olunandan sonra biz kəlbəcərlilər də respublikanın müxtəlif bölgələrinə səpələndik. Olduqca ağır bir həyat yaşamağa məhkum olduq. Siz bu yaxınlarda tele-kanallara müsahibə verərkən o ağır illəri xatırlayıb kövrəldiniz və bütün Azərbaycan xalqı kim bizi də kövrəltdiniz. Çünki o hisslər bizə çox doğma idi. Biz məcburi köçkün nümayəndələri Sizin bu səmimi hiss və duyğularınızı heç zaman unutmayacağıq. Yaxşı ki, o ağır günlərdə dövlətimiz bizə sahib çıxdı. Ulu öndər Eldar Həsənovu respublikanın baş prokuroru təyin edəndən sonra biz dövlətin üzərimizdəki qayğısını daha yaxından hiss elədik. O çətin günlərimizdə Eldar Həsənov bizə yardım göstərəndə biz ona təşəkkür etmək istəyəndə deyərdi ki, bu cənab Prezidentin tapşırığıdır. Bütün şəhid ailələrinin, qaçqın-köçkünlərin hüzr məclislərində şəxsən iştirak edərdi və onu belə tədbirlərə Heydər Əliyevin göndərdiyini bildirərdi. Hər zaman xüsusi vurğulayardı ki, Ulu öndər biz məmurlardan sizlərin yanında olmağı və qayğınıza qalmağı qətiyyətlə tələb edir.
Möhtərəm cənab Prezident, bu gün bizim mənəvi borcumuzdur sizdən xahiş edək ki, 30 illik həsrətə son qoyub bizi doğma torpaqlarımıza qovuşdurduğunuz kimi, ahıl yaşında (artıq 67 yaşın içindədir) olan Eldar Həsənovun səhəttinin ağır olduğunu və yaşının çoxluğunu nəzərə alıb onu da öz azadlığına qovuşdurasınız. Bir daha Sizi əmin edirik ki, gələcək fəaliyyətinizdə və torpaqlarımızın abadlaşdırılması üçün həyata keçirdiyiniz böyük quruculuq işlərində həmişə Eldar Həsənovla birlikdə bir əsgər kimi Sizin yardımçınız olacağıq və Sizi dəstəkləyəcəyik. Biz Eldar Həsənovu yaxından tanıdığımız üçün bu sözləri əminliklə dilə gətiririk. Çünki Eldar Həsənov hər zaman Ulu Öndər Heydər Əliyevə və onun layiqli davamçısı olan Sizə sadiqliyini əyani olaraq dəfələrlə sübut etmişdir. Biz bunun canlı şahidləriyik.
Hörmətli cənab Prezident!
Sizin humanizminizə, insanpərvərliyinizə və mərdliyinizə güvənərək ümid edirik ki, bütün Kəlbəcər əhalisi adından Sizə etdiyimiz bu müraciətə biganə qalmayacaqsınız. Çünki Siz böyük Heydər Əliyevin məktəbini keçmiş böyük ürəkli insansınız.
Dərin hörmət və ehtiramla, Kəlbəcər ziyalıları adından:
Yusif Əhmədov (professor), Ramiz Əbülhəsənov (professor), Eldar Qasımov (professor), Elman Mövsümov (professor), Muğan Salahov (professor), Zərraf Şirinov (professor), Ələmdar Cəfərov (Əməkdar həkim), Sabir Həbibov (professor, Əməkdar həkim), Yusif Əmiraslanov (professor, Əməkdar həkim), Şahin Həsənov (professor), Əlövsət Ağalarov (Əməkdar jurnalist, şəhid qardaşı), Babək Niftəliyev (Əməkdar artist), Mirsəyyaf Zamanlı (Əməkdar müəllim, şəhid atası), Şahyəddin Əliyev (Əməkdar jurnalist), Səfər İsgəndərov (təqaüdçü müəllim, şəhid qardaşı), Balay Nəsibov (Qarabağ Müharibəsi veteranı, istefada olan polkovnik), Nadir Həsənov (istefada olan polis polkovniki), Vəli Abdullayev (istefada olan polis polkovniki), Aşıq Əhliman (Əməkdar mədəniyyət işçisi), İbadət Mehdiyev (Əməkdar mədəniyyət işçisi), Məzahir İsayev (dosent), Hüseyn Mirzəyev (dosent), İlham Məmmədli (dosent, “Bütöv Azərbaycan” qəzetinin redaktoru), Rafiq Əliyev (Əməkdar məşqçi), Səfər Həmidov (II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor), Hidayət Elvüsal (veteran jurnalist), “Şöhrət” ordenli şair Məmməd Aslanın ailəsi adından qızı Təbrizə Məmmədqızı, Nəsib Nəbioğlu (şair, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü), Osman Mirzəyev (dosent), Sakibə Ələsgərova (dosent, Əməkdar müəllim), Zülfüqar Hüseynzadə (“Moderator.az” saytının baş redaktoru), Bəhruz Bayramov (Vəkillər Kollegiyasının üzvü), Hüseyn Cəfərov (təqaüddə olan polis işçisi, şəhid atası), Həqiqət Rəhimova (“Murovdağ” cəmiyyətinin sədri), şair Ənvər Rzanın ailəsi adından oğlu Araz Rzayev, Əziz Qənbərov (Vəkillər Kollegiyasının üzvü), Aqil Camal (“Türküstan” qəzetinin baş redaktoru), Əli Abdullayev (Əmək veteranı, yazıçı), Mirvari Verdiyeva (dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Təhməz Cəfərovun ailəsi adından İmamverdi Cəfərov, Şamil Əsgərovun ailəsi adından oğlu Bərzani Əsgərov, şair Bəhmən Vətənoğlunun ailəsi adından qardaşı İlyas Abbasov, şair Sücaətin ailəsi adından oğlu Azər Sücaətoğlu, Namiq Dəlidağlı (“Dəlidağ.az” və “Manevr.az saytlarının baş redakotru), Xalid Vahidoğlu (Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri), Fərhad Məmmədov (Vəkillər Kollegiyasının üzvü), Pərviz Həşimli (“Günün səsi.info” saytının baş redaktoru), Elxan Salahov (“Koordinat.az” saytının baş redaktoru), Etibar Seyidağa (jurnalist), Məhəbbət Kəlbəcərli (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Xəqani Həbiboğlu (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Cəmilə Çiçək (Azərbaycan Yazıçılar Birliyinin üzvü), Əlövsət Saldaş (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Kamil Təbib (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Elşən Əzim (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Daşqın Ziyəddinoğlu (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Ələkbər Sönməz (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Əhməd Əfsun (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Müharibəsi veteranı), Mehparə Rəhimova (Vəkillər Kollegiyasının üzvü), Rafiq Salahov (fəlsəfə doktoru), Bəxtiyar Səlimov (jurnalist), Rəşad Abdullayev (“Kalbajar.com” saytının baş redaktoru), Azər Nəcəfli (AzerTaym.az saytının baş redaktoru), Rəsul Murovdağlı (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Adil Həmid (şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Akif Kamalov (Qarabağ Müharibəsi veteranı, təqaüddə olan mayor), Ramiz Əliyev (AVMVB Kəlbəcər rayon şöbəsinin sədri), Müslüm Məmmədli (jurnalist, Qarabağ Müharibəsi veteranı), Eyvaz Əyyub (şair, Qarabağ Müharibəsi veteranı), Aşıq Mehdi (Azərbaycan Aşıqlar Birliyinin üzvü), Aşıq Elbrus (Azərbaycan Aşıqlar Birliyinin üzvü), Aşıq Şöhrət (Azərbaycan Aşıqlar Birliyinin üzvü), Mübariz Camaloğlu (Azərbaycan Aşıqlar Birliyinin üzvü) və başqaları.
Cəmi 300 nəfər."
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar